OnePlus şirkəti dünyanın bir neçə şəhərində eyni anda öz yeni məhsullarının təqdimatını keçirdib. Beləliklə OnePlus öz tarixində ilk dəfə olaraq bir təqdimat çərçivəsində iki ədəd flaqman smartfon modelini təqdim edib: OnePlus 7 və OnePlus 7 Pro. Təqdimatın əsas ulduzu isə təbii ki, OnePlus 7 Pro modeli olub. Belə ki, adi OnePlus 7 modeli xarici görünüşcə keçən ilki OnePlus 6T-dən heç də fərqlənmir. Şirkət heç bir təcrübə aparmayaraq yeni smartfon modellərində smartfon bazarının ən son trendlərini və flaqman özəlliklərini reallaşdırıb. Bu barədə 4pda saytı xəbər verib.
Beləliklə dediyimiz kimi adi OnePlus 7 modeli keçən il satışa çıxmış OnePlus 6T modelindən xarici görünüşcə heç də fərqlənmir. Belə ki, OnePlus 7 də keçən lki OnePlus 6T dizaynına, şüşə materialdan hazırlanmış arxa qapağa, ikili arxa kameraya və ekran üzərində damcı formalı çıxıntı hissəyə sahibdir. Lakin buna baxmayaraq OnePlus 7 ilə OnePlus 6T modellərini yenə də fərqləndirmək olar. OnePlus 7 modelinin arxa panelindəki işıqlandırma sistemi ikili kamera ilə bir sırada yerləşdirilib və onun danışıq üçün nəzərdə tutulmuş səsgücləndirici hissəsi bir qədər geniş olub. Səsgücləndirici hissəsinin genişləndirilməsinin səbəbi isə ondan ibarətdir ki, sonunda OnePlus smartfonlarına stereosəsgücləndiricilər əlavə olunub.
Xarici görünüşcə OnePlus 6T modelindən cüzi fərqlər olsa da texniki göstəricilər baxımından OnePlus 7 modeli ciddi dəyişikliklər əldə edib. Belə ki, yeni smartfon Snapdragon 855 prosessoru əsasında çalışır. Bundan əlavə olaraq şirkət onda UFS 3.0 formatlı yaddaş hcmini də reallaşdırıb. Bundan öncə həmin yaddaş həcmi formatı yalnız qatlana bilən Galaxy Fold-da reallaşdırılmışdı. Belə yaddaş göstəricisi fayllarla daha sürətli işləmək imkanını verir. Yəni faylları yüksək sürətlə yaddaşda saxlamaq, kopyalamaq və göndərmək.
Beləliklə əsas texniki göstəricilər baxımından OnePlus 7 modeli Full HD+ keyfiyyətli 6.41 düym AMOLEDekran (Gorilla Glass 6 qoruyucu şüşə örtüklü), Snapdragon 855 prosessoru, Adreno 640 qrafik sürətləndirici, 6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 48 MP (f/1.6 diafraqmalı Sony IMX 586 kamera modulu) + 5 MP ikili arxa kamera, 16 MP-lik (f/2.0 diafraqmalı Sony IMX471 kamera modulu) ön kamera, 20 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 3700 mAh enerji tutumlu batareya, USB Type-C girişi və ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası ilə təchiz olunub.
Şirkət yeni əsas özəllikləri OnePlus 7 Pro modeli üçün saxlayıb. Belə ki, smartfon Quad HD+ keyfiyyətli 6.67 düym Fluid AMOLED ekrana (Gorilla Glass 6 qoruyucu şüşə örtüklü və HDR 10/HDR+ dəstəkli) sahibdir. Bu, şirkətin ilk smartfon modelidir hansı ki, Full HD-dən daha yüksək keyfiyyətli ekran göstəricisinə sahibdir. Bundan əlavə olaraq OnePlus 7 Pro modeli 90Hz ekran tezliyi yenilənməsini əldə etmiş ilk adi smartfon modelidir. Adətən bu özəlliyi yalnız gamer smartfonları əldə edirlər. Bunun sayəsində OnePlus 7 Pro-nun ekranındakı təsvir digər smartfon modelləri ilə müqayisədə daha səlis və hamar görünür. Bundan əlavə olaraq ekranın daha bir özəlliyi də ondan ibarətdir ki, onun kənarları əyilmiş şəkildə hazırlanıb.
Şirkət OnePlus 7 Pro ekranı üzərindəki çıxıntı hissədən imtina edib. Bunun yerinə şirkət ön kameranı smartfon gövdəsinin yuxarı hissəsinin daxilinə yerləşdirib. Beləliklə lazımi vaxtda ön kamera smartfonun daxili hissəsindən xaricə çıxa bilir. Şirkətin verdiyi məlumata əsasən bu mexanizm 300.000 dəfə işə düşmə prosesinə dözümlüdür və kameranın xaricə çıxması 0.53 saniyə çəkir. Bunun üçün OnePlus şirkəti həmçinin xüsusi video da hazırlayıb. Həmin videoda OnePlus 7 Pro modelinin ön kamerası 12 saat ərzində dayanmadan yuxarı qalxır və aşağı enir.
OnePlus 7 Pro-nu adi OnePlus 7-dən fərqləndirən daha bir özəllik də onun üçlü arxa kameraya sahib olmasıdır. Birinci kamera modulu adi OnePlus 7 modelindəki kimi 48 MP-likdir (f/1.6 diafraqmalı Sony IMX586 kamera modulu). İkinci kamera modulu üçqat optik zoom ilə çakiliş üçün nəzərdə tutulmuş 8 MP-lik (f/2.4 diafraqmalı) kamera modulu, üçüncü kamera modulu isə 117 dərəcə bucaq təsvirli genişformatlı 16 MP-lik (f/2.2 diafraqmalı) kamera moduludur.
Bununla yanaşı OnePlus 7 Pro modeli də həmçinin Snapdragon 855 prosessoru, Adreno 640 qrafik sürətləndirici, 6/8/12 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 16 MP-lik ön kamera, 20 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 4000 mAh enerji tutumlu batareya, USB Type-C girişi və ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası ilə təchiz olunub. Hər iki smartfon modeli OxygenOSinterfeysli Android Pie əməliyyat sistemi vasitəsilə çalışır. Beləliklə 6 GB RAM və 128 GB daxili yaddaşa sahib OnePlus 7 modeli 469$-a, 8 GB RAM və 256 GB daxili yaddaşa sahib OnePlus 7 modeli 539$-a, 6 GB RAM və 128 GB daxili yaddaşa sahib OnePlus 7 Pro modeli 669$-a, 8 GB RAM və 256 GB daxili yaddaşa sahib OnePlus 7 Pro modeli 699$-a, 12 GB RAM və 256 GB daxili yaddaşa sahib OnePlus 7 Pro modeli isə 749$-a satılacaq.