Əsas səhifə Biznes sahələri Texnologiya OnePlus şirkətinin smart televizor modelinin texniki göstəriciləri sızdırıldı

OnePlus şirkətinin smart televizor modelinin texniki göstəriciləri sızdırıldı

74
Paylaş

Biz artıq dəfələrlə xəbər vermişik ki, OnePlus şirkəti özünün smart televizor modelləri üzərində çalışır. İndi isə həmin televizorlardan birinin texniki məlumatları ortaya çıxıb. Belə ki, Google Play Developer Console saytında Dosa kod adına sahib və Hindistan bazarı üçün nəzərdə tutulmuş televizor versiyası ortaya çıxıb. Bu barədə Gagadget saytı xəbər verib.

     Beləliklə məlumat sızıntısına əsasən OnePlus şirkətinin smart televizoru 1.5 GHz tezliyə sahib 2 nüvəli MediaTek MT5670 prosessoru, Mali G51 qrafik sürətləndirici və 3 GB RAM ilə təchiz olunacaq. Məlumat sızıntısında qeyd olunub ki, televizor Full HD keyfiyyətli ekrana sahib olacaq. Lakin mənbənin verdiyi məlumata əsasən smart televizor 4K keyfiyyətli OLED ekranla təchiz olunacaq.

     Televizor Android Pie əməliyyat sistemi vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, OnePlus şirkəti öz ilk smart televizor modellərini 26 sentyabr tarixində Hindistanda təqdim edəcək. Televizorlar 500-700$ civarında satılacaqlar. Şirkət həmçinin hal hazırda OnePlus 7T smartfon modelinin təqdmatına da hazırlaşır.