Əsas səhifə Biznes sahələri Texnologiya OnePlus 7 smartfonu 3 versiyada təqdim olunacaq

OnePlus 7 smartfonu 3 versiyada təqdim olunacaq

125
Paylaş

    OnePlus şirkəti artıq uzun illərdir ki, hər yarım ildən bir 1 ədəd flaqman smartfon modeli təqdim edir. Lakin OnePlus 7-nin təqdimatı zamanı bu ənənə dəyişə bilər. Belə ki, hindistanlı insayder Ishan Agarwal-ın verdiyi məlumata əsasən OnePlus şirkəti bu il 3 ədəd OnePlus 7 modeli təqdim edəcək: OnePlus 7 (GM1901, GM1903, GM1905), OnePlus 7 Pro (GM1911, GM1913, GM1915, GM1917) və OnePlus 7 Pro 5G (GM1920). Sözügedən mənbə həmçinin bu məlumatı təsdiqləyən smartfon qutusunun fotosunu da təqdim edib.

    Sonuncu smartfon modelinin adından da bəllidir ki, o, 5G şəbəkələrini dəstəkləyəcək. Lakin smartfonların öz aralarında başqa hansı özəlliklərə görə fərqlənəcəkləri hələ tam aydın deyil. Buna baxmayaraq biz artıq dəqiq bilirik ki, OnePlus 7 modeli Snapdragon 855 prosessoru, 6/8/10 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, üçlü arxa kamera və smartfon gövdəsinin yuxarı hissəsinin daxilinə inteqrasiya edilmiş ön kamera ilə təchiz olunacaq. Hər 3 OnePlus modeli artıq gələn ay təqdim olunmalıdır.