Onecoin – bitcoindən sonra yaranan növbəti yeni nəsil ödəniş sistemidir. Lakin Onecoin yaradılarkən ilk kriptovalyuta olan bitcoinin çatışmamazlıqları aradan qaldırıldı və iqtisadi əsaslara tabe olan daha yeni kriptovalyuta meydana gəldi.
Bəs Onecoinin Bitcoindən üstün cəhətləri nədədir? Qısa olaraq əsas fəqrləri nəzərdən keçirək:
- Bitcoinin yaradıcısı hesab edilən Satoşi Nakamoutanı hələ də canlı olaraq heç kim görməyib. Bəlkə də bu ləqəqb arxasında başqa bir şəxs və ya bir qrup ixtiraçı alimlər gizlənir. Onecoin isə rəsmən 2015-ci ilin yanvar ayında “One Coin Limited” şirkəti tərəfindən yaradılmışdır. Şirkətin hazırda dörd ölkədə (Dubay, Bolqarıstan, Qonkonq və Qibraltar) rəsmi ofisləri mövcuddur və rəhbəri özünü maliyyə və elm sahəsində təsdiq etmiş dr. Ruja İqnatovadır.
- Bitkoinin mərkəzləşdirilmiş idarəetməsi yoxdur və nəzarəti yalnız bitcoin istifadəçiləri öz aralarında edir. Belə olduğu halda gələcəkdə hesablara hər hansı xaker hücümu zamanı oğurlanmış bitcoinləri geri qaytarmaq mümkün deyil hətta bunu edə biləcək mexanizm də yoxdur. Buna misal olaraq 2013-cü il 9 dekabr tarixində xakerlər bitkoin istifadəçilərinin hesablarından 100 mln ABŞ dolları oğurlanmasını göstərmək olar. Həmçinin bitcoin istifadəçisi hesab üzrə parolunu itirdiyi halda parolun yenidən bərpa olunması xüsusiyyəti olmadığına görə bu hesabı həmişəlik unutması ilə nəticələnəcək.
Onecoin-də isə mərkəzləşdirilmiş idarəetmə sistemə malikdir və hər beş dəqiqədə sistemdə olan məlumatlar kopyalanaraq üç fərqli ölkədə yerləşən serverlərdə saxlanılır. Bu da öz növbəsində istənilən əməliyyatı dəqiqliklə izləməyə imkan verir. Yəni heç bir halda oncoinlər hesabdan oğurlana və ya silinə bilməz.
- Bitcoin sahibləri anonim istifadəçilərdir və sistem üzrə bütün tranzaksiyalarda tam anonim aparılır. Anonimlik isə çirkli pulların yuyulması üçün böyük imkanlar yaradır. Bu səbbədən bir çox dövlət və iri maliyyə qurumları bitoini ödəniş vasitəsi kimi tanımaq istəmir.
Onecoin sahibləri isə heç bir halda anonim ola bilməz və hər bir istifadəçi qeydiyyat zamanı “KYC” (know your client) verivikasiyasından keçməlidir. Yəni, hər bir elektron hesab sənədlə təsdiq edilir. Blokçeyin sisitemi isə bütün tranzaksiyaların ciddi şəkildə uçotunun aparılmasını təmin edir.
- İstənilən şəxs şəbəkədə xüsusi mayninq avadanlığı ilə təchiz edilmiş kompyuter ilə bitcoin əldə edə bilər. Onecoinlərin mayninqi yalnız “One Coin Limited”-də məxsusdur.
- “One Coin Limited” şirkətinin güclü marketinq strategiyasının olması insanlar arasında onecoin-ə marağı daha da artırmışdı. Dünyada artıq 2 milyondan çox insan onecoin proyektinə qoşulub və bu kriptavalyutalar arasında sayca ən çox istifadəçisi olan valyuta hesab edilir. Onecoin yeganə kriptovalyutadır ki, real bazarın əldə edilməsi üzrə inkişaf strategiyasına, peşəkar komandaya və planlaşdırılmış effektiv idarəetməyə malikdir. Hazırda onecoin-ə tələbat sürətlə artmaqdır. Buna misal olaraq 2015-ci il iyul ayında bir onecoin üçün qiymətin 1.55 avro olduğu halda artıq 2016-cı il iyul ayında 6.25 avro-ya qalxmasını göstərmək olar.
Bitcoində isə heç bir marketinq strategiyasi yoxdur və bitcoin sahibləri əsasən İT-mütəxəssislər və birja treyderlərdir.