Əsas səhifə Satışda olan bizneslər Avadanlıq Ölüləri canlılardan seçən dron hazırlanıb

Ölüləri canlılardan seçən dron hazırlanıb

99
Paylaş

Avstraliya və İraq mühəndisləri adi kameralı dron hazırlayıblar. O, yerdə uzanan insanın ölüb-ölmədiyini müəyyən edə bilir. Sistem kameradan kadrları təhlil edir, onların üzərində sinə hissəsini təyin edir və vaxtaşırı dəyişən işıq parlaqlığı ilə tənəffüs hərəkətini tanıyır.

Dronların əsas özəlliyi hündür yüksəklikdən də baxa bilmə imkanının olmasıdır. Adətən bundan şəkillər və ya videoçəkilişlər üçün istifadə edirlər, amma dronlar həm də itkin düşmüş insanları tapa bilirlər.

Javaan Chahl-ın rəhbərlik etdiyi İraqdan və Avstraliyadan olan  mühəndislər qrupu öz proqramlarında başqa bir prinsipdən istifadə ediblər – tənəffüsün action-kamera-nın məlumatlarına əsasən təyin edilməsi. Kamera kvadrokopterə asma şəkildə bərkidilib. Əsas yenilik aparatla deyil tənəffüsün tanınması üçün alqoritmlə bağlıdır. Alqoritm kameradan kadrlar əldə edir və onlardan parıltını uzaqlaşdırır. Sonra hazır kadr insanı kadrdan tanıyan OpenPose alqoritmi ilə emaldan keçir və  bədənin müəyyən hissələrinə uyğun əsas yerləri onda qeyd edir.

Bu məlumatlar əsasında alqoritm insanın sinəsi düşən çəkiliş sahəsini müəyyən edir. Bundan sonra proqram videokadrlarda bu hissənin parlaqlığnı təhlil edir və onun vaxtaşırı olan dəyişikliklərini tanıyır, amma əgər videodakı canlı insandırsa.