Əsas səhifə Nəqliyyat Ölkədaxili sərnişin qatarlarının hərəkəti dayandırılır

Ölkədaxili sərnişin qatarlarının hərəkəti dayandırılır

20
Paylaş

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata əsasən, martın 19-da saat 00:00-dan etibarən Sumqayıt və Abşeron istisna olmaqla, ölkənin bütün şəhər və rayonlarından qatar vasitəsilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna sərnişin daşınması dayandırılır.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən bildirilib ki, martın 18-də Bakıdan yola düşən ölkədaxili bütün qatarlar gündəlik qrafikə uyğun hərəkət edəcək. Martın 18-i və 19-u bölgələrdən çıxan qatarlar isə geriyə sərnişinsiz qayıdacaq.

Bakı-Sumqayıt-Bakı və Bakı-Pirşağı-Bakı elektrik qatarları istisna olmaqla, ölkədaxili sərnişin qatarlarının hərəkəti martın 19-dan  29-dək dayandırılır.

Qeyd edək ki, martın 18-dən 29-dək olan tarixlərdə qatarlara alınan biletlər üçün ödənilən məbləğ tam şəkildə vətəndaşlara geri qaytarılır. Bilet satışı qaydalarına uyğun olaraq, sərnişinlər qatarın yola düşəcəyi vaxtdan əvvəl bileti qaytarıb, ödədikləri məbləği geri ala bilərlər.