Öldükdən sonra belə pul qazanan məşhurlar

Date:

Paylaş:

Məşhur insanların tək qorxusu öldükdən sonra unudulmaqdır. Heç kim unudulmağı istəməz amma bu təbiətin bir qanunudur. Əgər unudulmamaq istəyirsinizsə yaşadığınız müddətdə dünyada yaxşı şeylər etməyiniz vacibdir. Hərçənd pis şeylər edib unudulmayan insanlar da var. Adolf Hitler kimi. Amma pis xatırlanmaqdansa heç xatırlanmamaq daha yaxşıdır. Mövzumuz öldükdən sonra da külli məbləğdə pul qazanan insanlardır. Forbes jurnalına istinadən öldükdən sonra ən çox pul qazanan məşhurları təqdim edirik.

Bettie Page – 10 Milyon Dollar

Ölüm tarixi: 11 Dekabr 2008 Yaş: 85 Səbəb: Ürək infarktı
Model olan Page 11 dekabr günü ürək infaktından dünyadan köçüb, ancaq pul qazanmağa hələ də davam etməkdədir. Alt paltarları ya da gəlinlik stilistlər, onun paltarlar içində seksual stilinin lisenziyasını aldılar və gəlirinin böyük bir qismi buradan gəlir.

Paul Walker – 10.5 Milyon Dollar

Ölüm tarixi: 30 Noyabr 2013 Yaş: 40 Səbəb: Avtomobil qəzası
Brian OConner adı ilə tanıdığımız Paul Walkerin ölümündən 3 il keçib. Bu vaxtsız ölümü, Fast And Furious 7 filminin 1.5 milyard dollar qazanmasında böyük bir rol oynadı.

Albert Eynşteyn – 11 Milyon Dollar

Ölüm tarixi: 18 Aprel 1955 Yaş: 76 Səbəb: Təbii səbəblər
Məşhur fizik, 76 yaşında Princeton Xəstəxanasında öldü. Albert Eynşteyn tərəfindən hazırlanmış Fourier Sistemi, lövhələrdə, cib telefonlarında və bir çox elektron əşyada istifadə edilməyə davam edir. Bu sayədə Einstein markası hələ də pul qazanmaqdadır.

John Lennon – 12 Milyon Dollar

Ölüm tarixi: 8 dekabr 1980 Yaş: 40 Səbəb: Cinayət

İngilis müğənni və söz yazarı, Beatles qrupu deyildiyində ilk ağla gələn ad olan John Lennon,
8 dekabr tarixində öldürülüb. Onun ölümündən sonra bazara çıxan albomları sayəsində olduqca çox pul qazanmışdır.

Elizabeth Taylor – 20 Milyon Dollar

Ölüm tarixi: 23 Mart 2011 Yaş: 79 Səbəb: Ürək çatışmazlığı

İngilis əslli Amerikalı aktrisa Taylor, meydana gətirdiyi ətir markası ilə dünyada satış rekordları qırmışdır. Onun ətiri White Diamonds indiyə kimi 1 milyard dolları aşan satışları edib.

Bob Marley – 21 Milyon Dollar

Ölüm tarixi: 11 May 1981 Yaş: 36 Səbəb: Xərçəng

Reggae tərzi musiqinin ən məşhur adı olan Marley, həyatında pula heç əhəmiyyət vermədən öldükdən sonra çox pul qazanmışdır. Müğənni, söz yazarı, gitarist olan Marleyin qurduğu Marley House, Marley Beverage Company şirkətləri hər il milyonlarla dollar pul qazanmaqdadır.

Charles Schulz – 40 Milyon Dollar

Ölüm tarixi: 12 Fevral 2000 Yaş: 77 Səbəb: Xərçəng
Məşhur çizgi film yazarı olan Schulz, yaratdığı “Peanuts” xarakteri ilə olduqca çox pul qazanır. Öldükdən sonra onun şirkəti hüquqlarına əsasən hələ də pul qazanmağa davam edir.

Elvis Presley – 55 Milyon Dollar

Ölüm tarixi: 16 Avqust 1977 Yaş: 42 Səbəb: Ürək infarktı
Rock n Rollun kralı olaraq xatırlanan Presley, ölməsinə baxmayaraq hal hazırda var olan bir çox sənətçidən daha çox qazanmaqdadır. Bunun böyük bir əksəriyyəti GRACELAND bilet satışından qaynaqlanır.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...