Əsas səhifə Məqalələr Maraqlı Ofşor şirkətlər haqqında bilməli olduğunuz 5 fakt

Ofşor şirkətlər haqqında bilməli olduğunuz 5 fakt

936
Paylaş

“Ofşor” anlayışı tez-tez bizlərə rast gəlsə də, çox insanlar bu haqda mücərrəd anlayışa malikdirlər. KİV-lər ənənəvi olaraq ofşor şirkətləri mənfi obraz kimi təsvir etsələr də, internetdə yüzlərlə şübhəli vasitəçilər bununla bağlı öz xidmətlərini təklif edirlər. “Bakı Hüquq Mərkəzi” ofşorla bağlı populyar mifləri dağıtmaq və onun biznesdə necə istifadə edilə biləcəyini göstərmək üçün, infoqrafika və əsas məsələlərlə bağlı məqalə hazırlayıb.

1. “Ofşor” , “Ofşor şirkət” – bu nədir?
“Ofşor” – xaricdə biznesin qurulması və qeydiyyatı üçün nəzərdə tutulmuş ele bir iqtisadi zonadır ki (Britaniya Virgin Adaları, Beliz və s.) , orada biznesin qurulması üçün əlverişli hüquqi və vergi şərtləri mövcuddur. “Ofşor” və “azvergili” zonaları fərqləndirmək lazımdır. Belə ki, birinci zonada xarici şirkətlər üçün vergilər nəzərdə tutulmayıb, ikincidə (Niderland, Estoniya) isə vergi dərəcələri sadəcə aşağıdır.
Müvafiq olaraq, “ofşor şirkət” – ofşor zonada qeydiyyatdan keçmiş xarici şirkətdir. Onun vasitəsilə müqavilələr bağlamaq, müəyyən malların alqı-satqısını həyata keçirmək və mülkiyyətə sahib olmaq mümkündür. Belə şirkətlər qeydiyyatdan keçdiyi ölkədə vergiyə cəlb olunmurlar, lakin “təxmin edilir” ki, onlar faktiki fəaliyyət göstərdiyi ölkələrdə vergi ödəyirlər.
 
2. Nə üçün bu əlverişli və sərfəlidir?
Ofşorun əsas üstünlüyü – əlverişli vergi mühitinin olmasıdır. Bir qayda olaraq, ofşor şirkətlər gəlir vergisi, ƏDV, satışla bağlı vergilər və sosial ödənişlərdən azaddırlar. Sahibkarlar bundan istifadə edərək şəxsi əmlak və gəlir vergilərini də optimallaşdıra bilərlər.
Ofşor zonada şirkəti qeydiyyat keçirmək tez, asan və ucuz başa gəlir. Adətən, bu 48 saat vaxt tələb edir, inzibati tələblər minimaldır, nizamnamə kapitalı isə tənzimlənmir. Əlverişli vergi mühitinə görə mühasibatlıq işləri də çox sadədir: şirkətlər üçün ƏDV ödəmək, illik hesabatlar təqdim etmək lazım deyil. Eyni zamanda audit də keçirilmir. Onlar həmçinin dövlət tərəfindən məhdudiyyət olmadan bütün dünya üzrə investisiya qoymaqda sərbəstdirlər.
Ofşorun daha bir əhəmiyyətli üstünlüyü var – məxfilik (konfidesiallıq): təsisçilərin və səhmdarların şəxsi məlumatları şirkətin reyestrində əks olunmur. Məxfiliyin qorunması ilə bağlı əlavə tədbir kimi şirkətlər “nominal direktorlar” və “etibarlı mülkiyyətçilər” tərəfindən qeydiyyatdan keçirilə və idarə oluna bilərlər. Lakin, digər dövlətlər ofşor şirkətin sahibkarları barədə məlumatlar tələb edə bilərlər. Bu yalnız “kifayət qədər əsaslar” olduqda baş verə bilər , uzun və bürokratik cəhətdən mürəkkəb bir prosedurdur.
 
3. Çətinliklər və məhdudiyyətlər.
Medalların həmişə iki üzü olur və ofşorun heç də yalnız müsbət tərəfləri olmur. Elə həmin o məxfiliyə görə, investorlara ofşor şirkətin real dəyərini müəyyən etmək olduqca çətin olur və bu amil biznesin maliyyələşdirilməsi və qiymətləndirilməsini çətinləşdirir. Bundan başqa, şirkətin sahibinə mülkiyyət hüququnu təsdiq etmək və kredit almaq asan olmur.
İkinci mühüm məhdudiyyət aktivlərinin bölüşdürülməsi aiddir: ofşor zonada şirkətin gəliri vergiyə cəlb olunmaya bilər, lakin, müəyyən vəsaitlərin köçürülməsi (transfer) zamanı, məsələn Böyük Britaniyada, yerli vergiqoyma onlara tam şəkildə tətbiq olunur. Bu səbəbdən bəzi biznes növləri üçün ofşor əlverişli hesab olunmur.
ABŞ və bir sıra digər dövlətlər öz ərazisində ofşor şirkətlərin müəyyən əməliyyat keçirməyini qanunla məhdudlaşdırır ki, bu da kredit, investisiya və vergi hesabatı məsələləri ilə bağlı çətinliklər yaradır. Lakin, praktikada belə hallara nadir hallarda rast gəlinir.
Məhdudiyyətlərlə bağlı siyahıda işgüzar reputasiyanı da göstərmək olar KİV-lərdə yayımlanan bəzi xəbərlərə və bir sıra gurultulu qalmaqallara görə, ofşor şirkətlər tez-tez etibarsız kimi qələmə verilir və hesab edilir ki, belə şirkətlər vergilərdən yayınmaq və mülkiyyəti gizlətmək məqsədi ilə yaradılır.
 
4. Ofşor zonaların perspektivləri.
Dünyanın böyük iqtisadi mərkəzləri (ABŞ, Avropa Birliyi) bu yaxınlarda kifayət qədər “şəffaf” olmayan ofşor zonalarla bağlı böhranın səbəblərini araşdırdı və bəzi tədbirlər gördü. 2009-cu ildən onlar, ancaq əsaslı şübhələr olduqda ofşor şirkətlərdən vergi məlumatları istəyə bilərlər. Gələcəkdə isə, zərurət olarsa ofşor bankların qarşısında öz müştəriləri haqqında məlumatları açıqlamaq öhdəliyi qoyula bilər. Bu tədbirlərin məqsədi yalnız o maliyyə mərkəzlərini qorumaqdır , hansı ki, fəaliyyətləri kifayət qədər şəffafdır və əməkdaşlığa hazırdırlar.
 
5. Necə qeydiyyata almaq və ya ləğv etmək?
Ofşor zonada şirkəti müstəqil yolla və ya vasitəçi (məsələn, “Bakı Hüquq Mərkəzi” hüquq şirkəti) vasitəsilə açmaq olar. Sənədlərdən yalnız pasportun təsdiq edilmiş surəti lazımdır. Bir qayda olaraq, bütün bu prosedur 48 saatdan çox çəkmir. Azərbaycan və Avropadan fərqli olaraq, nizamnamə kapitalının həcmi heç nə ilə tənzimlənmir. Ona görə yalnız qeydiyyat xərci (1000$-2000$) və ərazidən asılı olaraq şirkətin saxlanılması dəyəri ödənilir. Şirkəti ləvğ etmək də asandır: əgər heç bir borc yoxdursa, 2-3 iş günü kifayətdir.
Sonda ofşorla bağlı bəzi statistik məlumatları nəzərinizə çatdırırıq.
TOP 10 – populyar ofşor zonalar
Ölkə (Ərazi)
1 illik xərc ($)
Britaniya Virgin Adaları
700
Beliz
590
Honkonq
480
Seyşel Adaları
635
Dominik
450
Sent-Kits və Nevis
850
Anqilya
650
Kayman Adaları
1150
Kosta-Rika
750
Baham Adaları
1150
 
Ofşor şirkətlər nə ilə məşğul olurlar?
Daşınmaz əmlak
79 %
İnvestisiyalar və maliyyə
61 %
Bank xidmətləri
57 %
Kommunal xidmətlər
49 %
Telekommunikasiya
44 %
Pərakəndə ticarət
43 %
Proqram təminatı
42 %
Neft və qaz
41 %
Maşınqayırma
38 %
Turizm
36 %