Ofis işində işləyənlərin 75%-i bildirib ki, onların gözləri işləməkdən zəifləyir. Bu barədə linza istehsalçısı Essilor-un HeadHunter şirkəti ilə birgə apardığı araşdırmada deyilir. Onlar qeyd ediblər ki, gözlərində işlə əlaqədar güclü gərginlik hiss edirlər, hətta 50%-i günün sonunda gözlərində yorğunluq olduğunu müşahidə edir. Ofis işçilərinin 56%-i göz diqqətinin azaldığını bildirib.
Fiziki işlə məşğul olanların 42%-i deyir ki, işdən kənar vaxtlarda gözlərində güclü gərginlik hiss edirlər. Özəl sahədə işləyənlərdə isə vəziyyət tam əksinədir – onların 59%-i məhz iş vaxtı gözlərini yummağa məcbur olur.
Müsahiblər, nümayəndələrinin gözlərində güclü gərginlik müşahidə etdikləri peşələrin də anti-reytinqini tərtib edib. Onların arasında: mühasib və maliyyəçilər (90%), satınalma sahəsinin nümayəndələri (87%), bankirlər (83%), hüquqşünaslar (80%), marketoloqlar, piarçılar və reklam üzrə mütəxəssislər (80%). Respondentlərin fikrinə görə, ən az gərgin işi olanlar isə işçi heyətində olanlar (70%) və restoran-mehmanxana sahəsində işləyənlərdir (50%).
Müsbət ənənələrdən biri ondan ibarətdir ki, öz sağlamlığının qayğısına qalan insanlar yaşı 20-yə kimi olan gənclərdir. Qadınlar da gözlərinin sağlamlığı mövzusunda daha həssasdırlar.
Araşdırma həmçinin onu göstərib ki, ən geniş yayılmış göz problemi uzağı görməmədir (miopiya). Sorğuda iştirak edənlərin yarısından çoxunda bu aşkarlanıb.
Amma yaxşı xəbərlər də var. Avtomobil biznesində (60%), nəqliyyat-loqistika sahəsində (54%), xammalın çıxarılması işində (53%), təhlükəsizlik sahəsində (52%) və işçi heyətində (52%) işləyənlərin görmə qabiliyyəti daha yaxşı olur.