2017-ci il iyun ayının sonunda Visadan investisiya alan İsveç mərkəzli ödəmə sistemi startupı Klarna yeni bir sərmayə xəbəriylə yenidən gündəmdədir. Fərqli mənbələrdən gələn xəbərlərə görə Klarna 225-250 milyon dollar aralığında sərmayə alacaq.
Son iki ay ərzində üçüncü yatırımını almağı bacaran Klarna’nın bazar dəyərinin isə 2.5 milyard dollar səviyyələrinə qədər çıxacağı proqnoz edilir.