Hüquqi adı “Oba Retail Chain” MMC olan və “Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi ölkənin elektrik enerjisi təchizatçısına qarşı “pul” iddiası irəli sürüb.
Bununla bağlı marketlər şəbəkəsi Bakı Kommersiya Məhkəməsinə müraciət edib. Lakin onun “Azərişıq” ASC-yə qarşı iddiası təmin edilməyib.
Qərardan razı qalmayan “Oba Retail Chain”in apelyasiyaya müraciət etdiyi bildirilir.
Qeyd edək ki, şirkət olaraq “OBA” 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkət, gündəlik tələbat məhsullarının mümkün qədər ən ucuz qiymətə satılmasını təmin edir.
Xatırladaq ki, sözügedən marketlər şəbəkəsinin ölkədə 700-dən çox mağazası fəaliyyət göstərir.