Əsas səhifə Biznes İş qadını Nyu-York Fond Birjasına ilk dəfə qadın rəhbərlik edəcək

Nyu-York Fond Birjasına ilk dəfə qadın rəhbərlik edəcək

1022

Nyu-York Fond Birjasının (NYSE) baş əməliyyat direktoru Steysi Kanninqhem mayın 25-dən “NYSE Group”un prezidenti vəzifəsini icra edəcək.

Bu, birjanın 226 illik tarixində qadının ona rəhbərlik etməsi ilə bağlı ilk haldır.

“NYSE Group”un hazırkı prezidenti Tomas Farli isə bundan sonra şirkətlərin birləşməsi üzrə ixtisaslanmış kommersiya qurumuna rəhbərlik edəcək. “Far Point” adlanacaq qurumun məqsədi maliyyə texnologiyaları üzrə startapların maliyyələşdirilməsi üçün 400 mln. dolların cəlb edilməsi olacaq.

Qeyd edək ki, ABŞ-ın əhəmiyyətinə görə II birjası sayılan NASDAQ-ın da rəhbəri qadındır. Bu maliyyə qurumuna 2017-ci ildən Adena Fridman rəhbərlik edir.

2 rəylər

  1. 779942 292997We stumbled over here coming from a different web page and thought I might check things out. I like what I see so now im following you. Appear forward to exploring your web page but again. 424318

Rəy bildir

Please enter your comment!
Please enter your name here