Əsas səhifə Biznes sahələri Texnologiya Nvidia Mellanox şirkətini 6,8 milyard dollara satın alıb

Nvidia Mellanox şirkətini 6,8 milyard dollara satın alıb

138

Şirkət məlumat mərkəzləri üçün də avadanlıq istehsal edir.

Mellanox məlumat mərkəzləri üçün çiplər və avadanlıqlar, həmçinin InfiniBand və Ethernet şəbəkə adapterləri və kommutatorları istehsal edir. Şirkətin ofisləri İsrail və ABŞ ölkələrində yerləşir.

Nvidia, Mellanox-un hər bir səhminə 125 dollar təklif edib. Bu, martın 8-də keçirilmiş hərraclardan sonrakı qiymətlərdən 14% çoxdur. Həmin dövrdə Mellanox şirkətinin kapitallaşması 5,9 milyard dollar təşkil edib.

Reuters mənbələrinə görə, Intel və Xilinx çiplərinin istehsalçıları da Mellanox şirkətini almağa iddia edirlər. Bu məlumatın rəsmi təsdiqi yoxdur.

Nvidia “cloud computing” və infrastrukturun idarə edilməsi alətləri də daxil olmaqla məlumat mərkəzləri üçün həllər təklif edir.

Rəy bildir

Please enter your comment!
Please enter your name here