Əsas səhifə Məqalələr Maraqlı Nüsret daha çox məşhur olmaq üçün 2 milyon dollar xərcləyib

Nüsret daha çox məşhur olmaq üçün 2 milyon dollar xərcləyib

5029
Paylaş

Məşhur Nusr_et restoranları şəbəkəsinin sahibi Nüsretin duz tökmə hərəkətinin dünyada gündəmə gəlməsi üçün Amerikada bir agentliklə müqavilə imzaladığı ortaya çıxıb.

Dünya məşhurlarına duz tökmə hərəkətini təkrarladan Nüsret PR üçün 2 milyon dollar xərcləyib. Leonardo Di Caprionu Dubayda yerləşən Nusret restoranına gətirməyi və Narcos serialında çəkilməyi üçün böyük xərclər çəkdiyi bildirilir.

İtaliyan futbolçu Marco Borriello, məşhur müğənni Bruno Mars, Golden State Warriors? Galatasaraylı Lukas Podolski, Bayer Leverkusendə oynayan futbolçular Hakan Çalhanoğlu və Ömər Toprak, Arsenallı Welbeck və daha bir çox məşhurun duz tökmə hərəkətini təkrar etməsi üçün Nüsretin ödəniş etdiyi iddia edilir.

Qəssab köməkçiliyindən restoran şəbəkəsi biznesinə gedən yol