Əsas səhifə Xəbərlər Xarici xəbərlər Nuro startapı ABŞ-da standartlara cavab verməyən kuryer-furqonlar istehsal edəcək

Nuro startapı ABŞ-da standartlara cavab verməyən kuryer-furqonlar istehsal edəcək

36
Paylaş

Associated Press xəbər verir ki, ABŞ Nuro şirkətinə, yük maşınları və avtomobillərlə bağlı  təhlükəsizlik tələblərinə cavab verməyən pilotsuz robot-kuryerlər istehsal etməyə icazə verib.

Qanuna görə, bütün maşınların şüşə təmizləyəni, güzgüləri və arxa kameraları olmalıdır. “Nuro” isə bunlarsız nəqliyyat vasitələrinin istehsalına razılıq ala bilib. Pilotsuz furqonlar radarlarla, kameralarla və temperatur sensorları ilə təchiz olunublar və onlar canlı operator tərəfindən məsafədən idarə olunurlar.

Qeyd edək ki, icazə qarşılığında startap, real zaman rejimində təhlükəsizliklə bağlı agentliyə hesabat verməli və yanlarında “pilotsuz nəqliyyatların”getməsi barədə yerli sakinlərə xəbərdarlıq etməlidir.