Növbəti həftədən Azərbaycan Rusiyadan pendir ixracına başlayacaq

Date:

Paylaş:

Gələn həftədən Azərbaycan Rusiyanın Adıgey Respublikasından pendir ixracına başlayacaq.

Bu barədə Krasnoqvardeysk Süd Zavodunun direktoru Ruslan Teşev “Sovetskaya Adiqeya” nəşrinə bildirib.

Onun sözlərinə görə, zavod artıq Azərbaycanın distribütorlarından biri ilə müqavilə bağlayıb: “Bu distribütor Adıgey pendirini ölkənin ən iri ticarət şəbəkələrinə çatdıracaq. Hesablamalarımıza görə, artıq ilk partiyanı gələn həftə yola sala biləcəyik. Azərbaycana bütün yumşaq pendirlərimizi tədarük edəcəyik”.

O qeyd edib ki, bu gün Adıgey pendiri Almaniya, Birləşmiş Ərəb Əmirlikləri bazarlarına tədarük edilir: “Türkiyəyə ixracla bağlı danışıqlar aparılır”.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...