Əsas səhifə Biznes Brendlər Növbəti “iPhone”-la bağlı təfərrüatlar açıqlanıb – FOTO

Növbəti “iPhone”-la bağlı təfərrüatlar açıqlanıb – FOTO

161
Paylaş

Mütəmadi olaraq maraqlı konsept-dizaynlar və gələcək mobil cihaz görüntülərini dərc edən şəbəkə insayderi Ben Geskin növbəti iPhone smartfonunun görüntüsünü yayımlayıb.

Əslində iPhone 12 adlanmalı olsa da  “Apple” tez-tez öz smartfonlarının ad sxemini dəyişir, ona görə də o hələ ki, şərti olaraq, “iPhone 2020” adlanır. İxbt.com yazır ki, o,  öz qabaritinə görə iki çox güclü fərqli versiyada təqdim olunacaq. Smartfonların ekranının diaqonalı 5,4 və 6,7 dyüm olacaq. Amma hər iki modeldə son “iPhone” smartfonları üçün xarakterik olan, son üç ildə frontal kamera və səsgücləndiricini dayandıran sistemin yerləşdiyi yuxarı hissəcik olmayacaq.

İPhone 12-yə məxsus daha bir özəllik ondan ibarət olacaq ki,  onun bütün parametr üzrə metal çərçivəsi olacaq və bu da smartfonda klassik “iPhone 4” modeli təəssüratı yaradacaq.

Bundan başqa növbəti yeni “iPhone”lar beşinci nəsil şəbəkələrində işləmə modemi ilə də təchiz olunacaq.