Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Növbəti ay “Bakı Metropoliteni”nin mobil əlavəsi təqdim olunacaq

Növbəti ay “Bakı Metropoliteni”nin mobil əlavəsi təqdim olunacaq

140
Paylaş

May ayının sonunadək “Android” və “iOS” cihazları istifadəçilərinə “Bakı Metropoliteni”nin mobil əlavəsi təqdim olunacaq. Bunu layihənin rəhbəri Şamxal Bayramov deyib.

Onun sözlərinə görə, “Baku Metro” adlanacaq bu tətbiq vasitəsilə istifadəçilər qatarların gəlmə vaxtı, stansiyalar arasında olan məsafə və bu məsafəni qət ediləcək vaxt barədə interaktiv olaraq məlumat ala biləcəklər. Mobil tətbiqin interfeysi Azərbaycan, rus və ingilis dillərində olacaq.

“Bu yaxınlarda biz “BakuBus” ın mobil əlavəsi üzərində yeniləmə işləri apardıq. Belə ki, bu əlavəyə yeni marşrutlar daxil edilib”, – deyə Ş. Bayramov bildirib.