Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Notr Dam kilsəsinin yenidən inşası üçün yardımlar 700 milyon avronu keçib

Notr Dam kilsəsinin yenidən inşası üçün yardımlar 700 milyon avronu keçib

197
Paylaş

Parisin simvollarından biri olan Notr Dam (Notre Dame) kilsəsindəki böyük yanğından sonra kilsənin yenidən inşası üçün yardımlar davam edir. Kilsənin təmiri üçün bu ana qədər 700 milyon avro bağışlanıb.

Fransanın milyonerlərindən François-Henri Pinault, Artemis sərmayə şirkəti ilə 100 milyon avro yardım etdiyini açıqlamışdı.

Paris Bələdiyyəsinin sədri Anne Hidalgo, bələdiyyənin 50 milyon avro yardım edəcəyini açıqlayıb.

Fransanın kosmetika şirkəti L’Oreal 200 milyon avro, Total 100 milyon avro, telekommunikasiya şirkəti Bouyges-in rəhbəri Martin Bouyges 10 milyon avro, Fransız milyarder Marc Ladreit de Lacharriere 10 milyon avro, Fransa bankı Credit Agricole 5 milyon avro, kompüter şirkəti CapGemini bir milyon avro yardım edəcəyini açıqlayıb. 


Louis Vitton-un direktoru Bernard Arnault, şirkətin 850 illik Notr Dam kilsəsinin yenilənməsi üçün 200 milyon avro hədiyyə edəcəyini açıqlayıb.