Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Notların yerləşdirilməsi üzrə hərrac keçirilib – NƏTİCƏSİ

Notların yerləşdirilməsi üzrə hərrac keçirilib – NƏTİCƏSİ

178
Paylaş

30 Yanvar 2019-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100573S dövlət qeydiyyat nömrəli, 300 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 14 investor tərəfindən qiyməti 99.4004 AZN (7.76%) olan 27 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 660 milyon 80 min 500 manat olmuşdur.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.4004 AZN (7.76%), orta ölçülmüş qiyməti 99.4004 AZN (7.76%) müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 300 milyon manat təşkil etmişdir.

Notların ödəmə tarixi 27.02.2019.