Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək – MƏBLƏĞ

Notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək – MƏBLƏĞ

226
Paylaş

30 yanvar 2019-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

“Bizplus.a” “FED.az” – a istinadla bildirir ki, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır. Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:

Dövlət qeydiyyat №-si50100573S
Hərraca çıxarılan həcm300 000 000 AZN
Notun nominal dəyəri100 АZN
Notların tədavül müddəti28 gün
Ödəmə tarixi            27.02.2019

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən  (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır.

Hərrac zamanı, Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

AMB qısa müddətli notlarının alıcıları yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar ola bilər.