Əsas səhifə Xəbərlər Norveçdə milyonçunun arvadı girov götürülüb – FOTO

Norveçdə milyonçunun arvadı girov götürülüb – FOTO

188
Paylaş

Norveçdə 10 həftə əvvəl itkin düşmüş milyonçu qadının girov götürüldüyü məlum olub.

Norveçin ən zəngin insanlarından olan Tom Haqenin həyat yoldaşını oğurlayan şəxslər ölüm təhdidləri göndərərək, milyonçudan böyük məbləğdə pul tələb edir.

“Bizplus.az” xəbər verir ki, bu haqda “VG” nəşri yerli polis nümayəndələrinə istinadən məlumat yayıb.

Norveçli milyonçunun  68 yaşlı həyat yoldaşı Anne-Elizabet Falkevik-Haqen oktyabrın 31-də Lyörenskuq şəhərində yoxa çıxıb. “VG” nəşrinə görə potensial cinayətkarlar onun sərbəst buraxılması müqabilində kriptovalyuta şəklində doqquz milyon avro pul tələb edir.

“Girov pulunun ödənilməsi ilə bağlı tələb irəli sürülüb. Polis ailəyə həmin məbləği ödəməməyi tövsiyə edib”, – deyə polis rəsmisi Tommi Bryöşke mətbuata verdiyi açıqlamada bildirib.

Qadının girov götürüldüyü faktı polisə çoxdan məlum olsa da, onun həyatına təhlükə olmaması üçün məsələ mətbuatdan gizli saxlanılıb.