North, Focals adlı ağıllı eynəklərinə yeni özəlliklər əlavə edildi

Date:

Paylaş:

Huawei və Apple-nin ağıllı eynəklərindən sonra bazarda bu məhsulların sayı gündən-günə artır.

Hazırda inkişaf etdirdikləri ağıllı eynəkləri satan şirkətlər, eynəklərə yeni funksiyalar əlavə etməyə davam edirlər. ABŞ-da fəaliyyət göstərən smart gözlük istehsalçısı North keçən il elan etdiyi smart gözlük Focals istifadəçi təcrübəsini artırmaq üçün yeni xüsusiyyətlər artırır.

Çıxardığı Focals adlı ağıllı eynəklərlə adından söz etdirən North, istifadəçilərdən gələn geri bildirişlər istiqamətində cihazlarına ehtiyac duyulan bəzi xüsusiyyətlər əlavə etdiyi bir yeniləməni təqdim etdi. Focals adlı eynəklərə Spotify kimi musiqi platformalarında mahnı məlumatlarının göstərilməsi, mahnılar arası keçid və səs səviyyəsi kimi idarə etmələr gətirən yeniləmə, istifadə təcrübəsini yaxşılaşdıracaq bəzi maraqlı xüsusiyyətləri də cihazlara əlavə etdi.

Daha öncə gələn ismarıcları oxuya bilməyə və anlıq hava proqnozlarını izləməyə imkan tanıyan ağıllı eynəklər, Uber-in istifadə edildiyi ölkələrdə bu xidmətdən yararlanmanız və getdiyiniz istiqamətə uyğun naviqasiya dəstəyi ala bilməniz üçün bəzi xüsusiyyətlərlə qarşımıza çıxmışdı. İstifadəçilərin ehtiyaclarına istiqamətli yeni xüsusiyyətlər əlavə Focals, artıq kütləvi nəqliyyat vasitələrini istifadə üçün də gedilən istiqamətə doğru atılması lazım olan hər addımı göstərən bir naviqasiya dəstəyi təqdim edəcək.

Qeyd edək ki, diqqəti yayındırma ehtimallarına qarçı Focals eynəklərindən sürücü qoltuğunda əyləçərkən istifadə etmək imkansızdır.

Focals istifadəçiləri üçün mövcud olan digər bir funksiya, istifadəçilərə cihazda öz səsləri ilə qeydləri yazmağa və həmin vaxtda həm yazılı, həm də səsli yadda saxlamağa imkan verən ‘Rewind’-dir.

Focals adlı ağıllı gözlüklərə əlavə edilən bu yeni funksiyalar, istifadəçilərin ağıllı eynək təcrübəsini böyük ölçüdə artırır. Xüsusilə Spotify dəstəyi musiqi dinləyərkən daim telefonlarını yoxlamaq istəməyənlər üçün çox faydalıdır. Önümüzdəki günlərdə Focals-a əlavə olunan bu xüsusiyyətlər cihazın satış rəqəmlərinə təsir edəcəyini edəcəyini müşahidə edəcəksiniz.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...