Bu gün Nokia Corp. tərəfindən üçüncü rüb məliyyə göstəriciləri açıqlanıb.
“Marja” xəbər verir ki, şirkətin zərərinin proqnozlardan çox olduğu məlum olub. Şirkət mobil şəbəkələr bazarının bu il daha əvvəl nəzərdə tutulandan daha çox geriləyə biləcəyini açıqlayıb.
Finlandiyanın telekommunikasiya şirkəti 30 Sentyabr tarixində sona çatan 3 aylıq dövrü 183 milyon avro xalis zərərlə bağlayıb. Bir əvvəlki dövr 125 milyon avro olan zərərin 181 milyon Avro səviyyəsində olacağı gözlənilirdi.