Dövrünün ən möhkəm və rahat telefonları arasında yer alan Nokia 3310 yenidən bazara dönməyə hazırlaşır.
Mobil cihazlar mövzusunda olduqca etibarlı bir mənbə kimi bilinən Evan Blass’a görə Nokia 3310 yenidən istehsal ediləcək.
Finlandiyanın ağıllı telefon istehsalçısı HMD Global bu ay ərzində Barselonada keçiriləcək Mobile World Congress zamanı 3310-un müasir versiyasını təqdim edəcək. Yeni 3310 telefonlarının 59 avroya satılması planlaşdırılır.