Əsas səhifə Məqalələr Maraqlı Nobel mükafatının məbləği 1.1 milyon dollar olacaq

Nobel mükafatının məbləği 1.1 milyon dollar olacaq

634
Paylaş

Dünyanın ən nüfuzlu ödüllərindən olan Nobel mükafatının məbləği artırılıb.

Azertag Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Nobel Fondunun Direktorlar Şurası qərar qəbul edib.

Fondun sədri Karl Henrik bildirib ki, mükafatın məbləği bundan sonra 9 milyon İsveç kronu (təxminən 1 milyon 119 min ABŞ dolları) olacaq. Beləliklə, mükafatın məbləği əvvəlki illə müqayisədə 1 milyon İsveç kronu (təxminən 124 min dollar), yəni 12,5 faiz artıb.

Xatırladaq ki, Nobel mükafatı fizika, kimya, ədəbiyyat, sülh və fiziologiya və ya tibb sahəsindəki fövqəladə uğurlara görə verilir.