Nizami Rayon Məhkəməsi “Crocus Trading” MMC-nin inzibati qaydada cərimələnməsi barədə qərar çıxarıb. Məhkəmənin 27 avqust 2019-cu il tarixli qərarından“Crocus Trading” MMC tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır.
Şirkət Maliyyə Bazarlarına Nəzarət Palatasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsinə əsasən tərtib etdiyi protokola cərimə edilib. Qeyd edək ki, İXM-nin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyəti nəzərdə tutur.
Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Qeyd edək ki, Vergilər Nazirliyinin məlumatına görə, Bakıda Crocus loqosundan istifadə ilə 2004-2010-cu illərdə “Crocus Construcion”, “Crocus Trading”, “Crocus İnteriors”, “Krokus Azerbaycan”, “Krokus Baki” və “Krokus” şirkətləri yaradılıb.