Niyə brend xüsusiyyətləri bir işəgötürən üçün vacibdir?

Date:

Paylaş:

Nəticələr göstərir ki, bir çox vacib görülən və ideal hala gətirilmiş brend xüsusiyyətləri işəgötürənin yenilik etmə qabiliyyəti, sosial öhdəliklərə olan sədaqəti, dürüst və açıq olmağı, potansial qabiliyyət və biliyə dəyər verən korporasiya olmağı və fərqli karyera yolları təklif edən bir yer olmağıdır.

İşəgötürən brendinqi, işəgötürən və müraciət edilən iş tərəfindən hazırkı və gələcəkdəki işçilərə təmin edilən funksional, iqtisadi və psixolojik fayda və dəyərlərin identifikasiya və komunkasiyası üzərində fokuslaşır.

Brend xüsusiyyətləri bir şirkət tərəfindən namizədlərə və işçilərə verilən təminatları və həmçinin şirkətin onlardan nə gözlədiyini ifadə edir.

İş axtarışı uyğunlaşma oyunudur. Bu oyun, Schneiderin  (1987) cəlb etmə-seçmə-pozulma nəzəriyyəsinin prinisiplərinə görə gerçəkləşir. Şəxslər özləri ilə eyni davranış, fikir və dəyərlərə sahib olduğunu fikirləşdiyi təşkilatların bir parçası olmaq üçün can atırlar (bu cəlb etmədir). Bunun qarşılığında həmin şirkət özləri ilə bənzər xarakterlərə sahib olduğunu fikirləşdiyi namizədləri seçirlər (bu da seçmədir). Nəhayət, nə vaxt ki, bu seçilən şəxslər iş mühitinə uyğunlaşa bilmir (bu da pozulmadır, fərz edilən uyğunluğun pozulması) oranı tərk etmək məcburiyyətində qalırlar. Bu pozulmalar da namizədləri cəlb edən xüsusiyyətlərin əksinə şirkəti daha homogen bir yer halına gətirərək işyerində müxtəliflik probleminin olduğunu ortaya çıxarır.

Elə bu pozulmalara qədər gəlib çıxan prosesin birinci mərhələsi olan cəlb etmənin yaxşı komunikasiyası üçün brend xüsusiyyətləri daha vacib bir mövzu halına gəlir. Çünki, pozulmaların çox baş verdiyi uyğunlaşmalar, cəlb etmə mərhələsində namizədlərin şirkəti yaxşı tanımadığından ya da səhv tanıdığından xəbər verir. Bunun səbəbi cəlb etmə mərhələsində namizədlər gələcək işəgötürəni haqqında öz görüşlərinə görə nəticələr çıxarırlar. Buna görə də, potansial gələcək liderləri və istedadları cəlb etmək istəyən şirkətlər həmin şəxslərin işəgötürən haqqındakı qavrayışlarını da hesaba qatmalıdırlar.  Brend xüsusiyyətləri namizəd işə götürüldükdən sonra da öz vacibliyini qoruyub saxlayır. Bu xüsusiyyətlər uyğunluğun pozulması mərhələsini gecikdirir. Burada, işçilərin nə gözlədiyi və nə ilə təmin edildiyini hesaba qatmaq çox önəm daşıyır. Yəni, şirkətinizin işəgötürən brendinqi strategiyası real işəgötürənin brend xüsusiyyətləri ilə yanaşı ideal işəgötürən brend xüsusiyyətlərini də özünə bələdçi götürməlidir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...