Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Niyə məktəbdə aşağı qiymət alanlar uğurlu iş adamı olurlar?

Niyə məktəbdə aşağı qiymət alanlar uğurlu iş adamı olurlar?

115
Paylaş

Məlum olub ki, hər birimizə dərslərində daim ya iki ya da üç almaqla tanış olan şagirdlər gələcəkdə uğurlu iş adamları olurlar. Bunun əksinə olaraq isə, məktəb vaxtı əlaçı və zərbəçi olanlar həyatlarının sonrakı dövründə praktiki olaraq uğur qazanmırlar – maksimum, bölmə rəhbəri. 

Səbəb çox sadədir. Məktəb illərində verilən göstərişlərdən (böyüklərin dediyi kimi etmək, tənəffüslərdə qaçmamaq, qayd-qanuna riayət etmək, bütün ev tapşırıqlarını yerinə yetirmək) əldə edilənlər. Yəni, bunları nümunəvi uşaqlar böyüdükdən sonra da örnək olaraq qəbul edirlər. Amma yetkin həyatın öz mərhəmət və pislik kimi prinsipləri, qanunları var.

Həyatda, məktəbdə öyrədilən dəqiq və humanitar elmlərdən daha vacib rolu stressə davamlılıq, qətiyyət, qeyri-standart düşünmə qabiliyyəti və səhv etməkdən qorxmamaq oynayır. Bunlarsa məktəbdə tədris olunmur. Lakin bütün məktəblilərin əməl etməli olduqları şərtlər qoyulur və onlara əməl etməyən etirazçı şagirdlər həm sinif yoldaşları həm də müəllim heyəti tərəfindən təzyiqlərə məruz qalırlar.

Belə hallar çoxdur. Çünki, məktəblər uşaqları ancaq böyüklərin (rəhbərlərin) sözünə baxmaq ruhunda tərbiyə edirlər. Daim sözə baxan həmin uşaqlar isə böyüyəndə də belə olduqlarına görə uğur əldə edə bilmirlər.