Əsas səhifə Biznes Biznes məqalələri Niyə məhşur texnologiyalar bəzən iflasa uğrayırlar?

Niyə məhşur texnologiyalar bəzən iflasa uğrayırlar?

305
Paylaş

On altı il bundan qabaq mən San-Diyeqoda magistral yolun yaxınlığındakı maşın dayanacağında dayanmışdım və bu zaman iş həyatımın ən maraqlı texnologiyalarından biri ilə rastlaşdım. Ağsaçlı ixtiraçı Woody Norris başıma buğda qutusu ölçüsündə metal boşqabı keçirir və gadget-ə quraşdırılmış daşıyıcı CD-player-də “qoşulma” düyməsini basır. Yanımdan ötən avtomobillərin və yük maşınlarının səs-küyünün içində mən qulağımda bir-birinə dəyən buz parçalarının xəfif səsini eşidirdim.

Qırağa hərəkət edən kimi həmin səs kəsilir, yenidən geriyə qayıdan kimi səs də qayıdırdı. Səs birbaşa beynimdə canlanırdı.

Norris bu ixtiranı HyperSonic Sound və ya HSS adlandırırdı. O, maşında mahnı dinləməyimizi, mağazalarda elanlara qulaq asmağımızı, küçədə gözdən əlillərə hərəkət etmələrində kömək etməyimizi və bir çox şeyi dəyişməli idi. Potensialı böyük idi.

Amma heçnə alınmadı. Hal-hazırda bu, ən yaxşı halda sınağı davam edən və  tələb olunan bir məhsuldur. Bu il Nike bu texnologiyanın variantından özünün Nyu-Yorkdakı yeni flaqman mağazasında istifadə edib. Amazon da bunun eynisini özünün Sietldəki əsas ofisində, bura baş çəkənlər üçün olan mərkəzdə quraşdırıb. Amma daha başqa hardasa bu “axan”səsdən çətin ki tapılsın.

HSS hekayəsi onu göstərir ki, bəzən yenilikçi birisi maraqlı bir texnologiya yaradır, amma bu, böyük problemi kifayət qədər həll etmir. Belə hallar ixtiraçılar və sahibkarlar üçün bir xatırlatma rolunu oynayır, belə ki, istehlakçıların konkret tələbi olmadan belə yaxşı texnologiyalar iflasa uğrayır.

Biz artıq dəfələrlə bunun şahidi olmuşuq. Segway də şəhər nəqliyyatını dəyişməli idi – amma edə bilmədi. O, bir mühəndis möcüzəsi sayılırdı. 1990-cı illərdə Iridium peyk şəbəkəsi yaradılır.O, arzu edildiyi kimi, bizim üçün dünya üzrə simsiz rabitəni təmin edir, amma nəticədə ondan ancaq neft qüllələrindən telefon zəngləri etmək üçün istifadə olunmağa başlayır. Google Glass eynəkləri heç bir xüsusi təyinat qazanmadılar. Bu virtual aləm cihazı ancaq “gamer”lərin kiçik bir hissəsinin həyatına təsir etdilər.

Steven Johnson istehlakçı tələbinin dəyəri konsepsiyasını düşünüb və onu “əlaqəli imkanlar” adlandırıb. O, deyir ki, texnologiyanın inkişaf edib-etməyəcəyini göstərən iki əsas faktor var: nə qədər yaxş olması və ictimaiyyətin ona nə dərəcə ehtiyacının olması və onu nə dərəcədə qəbul etməyə hazır olması. Bir çox yenilikçilər maraqlı texnologiyanın özünün öz yolunu tapacağını düşünməklə səhv edirlər. Bu heç də həmişə belə olmur. Nəzərə alaq ki, 2002-ci ildə Popular Science Norris-in HSS-ni yeniliyə görə əsas mükatla təltif edir. İkinci yeri Segway tutur. Amma insanlar nə ondan nə də o birindən məmnun qalmadılar.

İnsanlar real təsirləri olan, çox geniş yayılmış problemləri həll edən  texnologiyalara maraq göstərirlər. “Play Bigger” kitabında həmmüəlliflər yazırlar ki, belə innovasiyalar köhnə problemləri yeni şəkildə həll edirlər, bəzi hallarda isə insanların görməyə vadar edilmədikcə xəbərləri olmayan problemləri həll edirlər. (Steve Jobs bu işdə usta olub: əgər iPhone və ya iPad-imiz yoxdursa bizi həyatımızda nəsə vacib bir şeyi əldən verdiyimizə inanmağa vadar edib, amma əvvəllər biz heç vaxt onların bizə lazım olub-olmadığını düşünməmişik).

HSS çox geniş yayılmış problemi həll etməyən texnologiyaya yaxşı bir nümunədir. Əvvəlcə Norris  potensial müşərilərin diqqətini cəlb edir. Şirkət rəhbərləri, o cümlədən Sony və Daimler-Benz düşünürdülər ki, bu texnologiyanı hər oturacağı üçün ayrıca dinamikdən istifadə etməklə maşınlara tətbiq etmək olar. Bunun sayəsində də hər bir sərnişin digər birisinə mane olmadan öz musiqisinə qulaq asa bilərdi. Walmart onlardan mağazalarda istifadə etmək istəyirdi və belə təsəvvür edirdi ki, alıcılar piştaxtalar boyunca gəzə-gəzə qabaqlarında olan məsullar haqqında elanlara qulaq asacaq, digərləri isə heç nə eşitməyəcəklər. 

Şəhərsalma mütəxəssisləri gözdən əlillərin yolu,  səsi izləyərək keçə bilmələri üçün piyada keçidinin bir qurtaracağında dinamik quraşdırmaq istəyiblər.

Amma belə məlum olub ki, bütün bunlar əsl problemlər deyillər, ya da  onlar həll olunmaları üçün HSS-dən istifadə ediləcək qədər ciddi deyillər.  Avtomobil sərnişinləri qulaqlıqları keçirib telefonla musiqi dinləyə bilərlər (bu, avtomobil şirkətləri üçün də daha praktikdir). Mağazalar gördülər ki, alıcılar daim reklama qulaq asmaq istəmirlər. Gözləri pis görənlər isə səsli işarət olmadan da yolu rahatlıqla keçə bilirlər.

Beləliklə də, HSS-in tarixçəsi bir xəbərdarlıqdır. Yəni, nə qədər möhtəşəm olmalarından asılı olmayaraq, yeniliklər müştərilər üçün vacib problemləri həll etməlidirlər, əks halda çətin ki, uğurlu olsunlar.