Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Niyə Jonathan Ive Apple üçün vacib biri idi?

Niyə Jonathan Ive Apple üçün vacib biri idi?

321
Paylaş
Jonathan Ive
Jonathan Ive

iPhone, iPad və digər Apple məhsullarının dizaynını işləyib hazırlayan əfsanəvi dizayner Jonathan Ive ilin sonunda şirkəti tərk edir.

Onun öz postunu tərk etməsi xəbəri şirkətə 9 milyard dollar kapitalizasiyaya başa gəlib. Bu demək olar ki, VTB bankın kapitalizasiyasına bərabərdir və Tinkoff-un dəyərindən iki dəfə çoxdur.

Bu təəccüblü deyil. Apple nə ilk fərdi komputerin, nə ilk smartfonun, nə də ilk tətbiqlər mağazasının yaradıcısı deyil. Lakin Steve Jobs-un qayıdışından sonra  onun şirkəti, bu məhsulları, onların sənayeyə barabər olması üçün necə hazırlamaq lazım gəldiyini göstərə bilib. Və Jonathan Ive-in dizaynı olmadan bu mümkünsüz idi.

Bizim qalereyada – Apple-ın, Ive-nin sayəsində həyata keçirilən uğurlu, uğursuz və sadəcə orijinal işləri var.

Apple iMac G3
Apple iMac G3
Apple iMac G3
Apple iMac G3

Apple iMac G3

Jobs-un qayıdışından sonra fərdi komputerin ilk verisyası 1998-ciildə təqdim edilib. Həmin vaxt bazarın lideri  Windows əsaslı komputerlər idi, rəqiblər dizaynla oynamaq istədilər, lakin bu onlarda alınmadı – istifadəçilər güc və gözəl görüntüyə üstünlük verirdilər. Apple öz əməliyyat sistemi  və Jonathan Ive-nin dizaynı sayəsində rəqiblərindən fərqlənə bilib – artıq 1999-cu ilin əvvəlində şirkətin səhmləri 1998-ci ilin yanvarındakı 0,65 dollarla müqayisədə 1,47 dollar olub.