Əsas səhifə Biznes Biznes məqalələri Niyə görə əməkdaşı nəticəyə görə deyil, göstərdiyi səylərə görə mükafatlandırmaq lazımdır?

Niyə görə əməkdaşı nəticəyə görə deyil, göstərdiyi səylərə görə mükafatlandırmaq lazımdır?

173
Daniel Kahneman
Daniel Kahneman

Nobel mükafatı laureatı Daniel Kahneman və davranış iqtisadiyyatı sahəsi üzrə mütəxəssis Dan Ariely belə bir fikir irəli sürüblər ki, insanları işlərinin nəticəsinə görə deyil, cəhdlərinə görə mükafatlandırmaq lazımıdr.

Nəticəni deyil prosesi mükafatlandırmaq

Bugün əksər iş yerlərində edilən cəhdlərə görə beş qiymətini alan yoxdur.

Hər gün saatlarla masa arxasında otursanız və müştərilərlə əlaqə qursanız belə, məhsulu satmaq mümkün olmadıqda sizin təriflənəcəyinizə və vəzifədə irəli gedəcəyinizə inanmaq çətindir. Nəticələr əhəmiyyət daşıyır.

Lakin psixoloqlar belə hesab edirlər ki, belə əmək qiymətləndirməsi sistemi çox natamamdır.

Nyu-Yorkda keçirilən Ümumdünya biznes forumunda Daniel Kahneman auditoriyaya bildirib ki, təşkilatlar əməkdaşların iş prosesini qiymətləndirməlidir, onların nəticələrini deyil. 

“Qərarların keyfiyyəti nəticəni təyin etmir”- deyə, Kahneman çıxışında qeyd edib – “ Çox düzgün bir qərar qəbul edib pis nəticə ilə də qarşılaşmaq olar. Ola da bilər ki, səhv qərar qəbul edəsən və yaxşı nəticə əldə edəsən. Hər şey işin alınmasından asılıdır”.

 Ona görə də menecerlər edilən cəhdləri nəzərə almadan nəticələri dəyərləndirdiklərində “çox vaxt bu onlar üçün şanssızlığa görə cəza və uğura görə mükafat kimi olur” – deyə, Kahneman belə hesab edir.

Kahneman-ın gəlidiyi bu qənaət 2016-cı ildə psixoloq Dan Ariely-nin Business İnsider-ə dediklərini yada salır. Belə ki, Ariely təsdiqləyir ki, uşaqları məsələn, uğur qazanmağa ruhlandırmaq üçün  nəticəyə görə deyil, göstərdikləri səylərə görə tərifləmək lazımdır. Belə bir məntiqi münsibət böyüklərə görə də uyğundur. “ Çox tez-tez biz nəticəyə görə cəzalandırır və ya mükafatlandırırıq. İş həyatında da belə edirik: prosesin yaxşı və ya pis olmasından asılı olmayaraq, insanlar işləri uğurlu olubsa bonuslar qazanırlar” – deyə, Ariely bildirib.

Ariely bunun əvəzində əməkdaşlara “töhvə vermək” barədə düşünməyi təklif edir. Əks halda təsadüfən yaxşı nəticəyə gətirib çıxaran faydasız proseslə qarşılaşmaq riski ola bilir.

Nəticələrə güc vermək insanların iş keyfiyyətini aşağı sala bilər

Bir tərəfdən əməkdaşların işlərinin nəticələrinə görə qiymətləndirilməsinin mənası var. İş yeri – bu məktəb deyil: siz burada öyrənmək və öz bacarıqlarınızı təcrübədən keçirmək üçün deyil, şirkətə fayda vermək üçün varsınız.

Bununla belə, Suortmor kollecinin psixoloqu Barry Schwartz təsdiq edir ki, bu sistemin ciddi nəticələri ola bilər. Özünün “Biz niyə işləyirik” kitabında Barry amerikan təhsil sistemindən istifadə edərək, nəticələrin qiymətləndirilməsinin müəllimlərin effektiv işləməsi imkanına zərər vurmasından bəhs edib.

O yazır ki, istedadlı müəllimlərə ən üstün detallı dərs planları tətbiq edilir və onlar onu hər gün icra etmək məcburiyyətindədirlər. Demək olar ki, yaradıcılıq və müstəqil fəaliyyət üçün yer qalmır.

Müəllimlərə tədris ilinin sonu üçün standartlaşdırılmış imtahan və ya “testə hazırlamaq” göstərişi verilir. Onların uğuru ölçülür və onların qazancı şagirdlərin testdən aldıqları qiymətin əsasında müəyyən olunur. 

“Ən faciəvi nəticə isə ondan ibarətdir ki, belə bir gediş yaxşı müəllimlərin enerjisini əlindən alır, maraqlarını yox edir ya da onların təhsildən getmələrinə səbəb olur” – Schwartz yazır.

Yəqin ki, işəgötürənlərin nəticələrə üstünlük verməsinin ən ağla batan səbəbi bunun daha asan olmasıdır. Dərin hesablama işlərinə vaxt sərf etmək lazım gəlmir.

Kahneman belə deyir: “prosesi qiymətləndirmək nəticəni qiymətləndirməkdən daha çətindir. Və intuitiv olaraq, nəticəni qiymətləndirmək prosesi qiymətləndirməkdən daha maraqlıdır. Ona görə də insanlar belə də edir”.

 

Rəy bildir

Please enter your comment!
Please enter your name here