Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Nissan”ı növbəti 2-3 ilə iflas gözləyir

“Nissan”ı növbəti 2-3 ilə iflas gözləyir

58
Paylaş
logo

“Nissan” şirkətinin keçmiş icraçı direktoru Karlos Gon, avtomobil istehsalçısının yaxın iki-üç il ərzində iflasa uğrayacağını proqnozlaşdırıb.

Bizplus.az xəbər verir ki, bu haqda mətbuat konfransında onun vəkillərindən biri – Nobuo Gohara məlumat verib.

Qeyd edək ki, Gohara və Gon son dəfə sabiq rəhbərin qaçmasından iki gün əvvəl görüşüblər. 2019-cu ilin dekabr ayının sonlarında, Yaponiyada saxlanılan Karlos Gon İstanbula qaçaraq, oradan da Livana sığınıb.

Karlos Gon bildirir ki, onun əsas məqsədi “Livanı tərk etmək deyil, burada qalıb yaşamaqdır”.Gon yerli məhkəmə orqanlarına daha çox güvənir.

Onun sözlərinə görə, “Nissan”ın rəhbərliyi ona qarşı sui-qəsd hazırlayıb və onun “Yaponiyanın ədalətli mühakimə olunma şansı yox idi”.