Nissan Versa sedanının yeni nəslini təqdim edib

Date:

Paylaş:

Nissan şirkəti Amerika bazarında satılan ən kiçik və əlçatan modeli olan Versa sedanının yeni nəslini təqdim edib. Əslində, Nissan Versa sedanı müxtəlif bazarlarda müxtəlif adlarla satılır. Məsələn, bizim bazarda o daha çox Sunny adı ilə tanınır.

Sedanın əvvəlki darıxdırıcı dizaynı keçmişdə qalıb. Yeni nəsil Nissan Versa sedanı bir il bundan öncə debüt etmiş Nissan Altima sedanının kiçildilmiş variantını xatırladır. Yığcam sedan V-şəkilli ön raviator barmaqlığına və “süzən” dama malik olub. Yaponlar yeni sedanın sələfindən uzun, enli və alıçaq olduğunu bildirsələr də dəqiq rəqəmləri açılamayıblar.

Yeni Versa sedanı Kicks krossoveri ilə eyni platformanı bölüşür. Bu, onun öndə McPherson dayaqları, arxada isə yarımüstəqil asqı ilə təchiz edildiyindən xəbər verir. Güc qurğusu da krossoverlə unifikasiya edilib – Versa 126 at qüvvəsi hasil edən 1,6-litrlik atmosfer mühərriki, beş pilləli mexaniki qutu və yaxud variatorla təchiz edilir.

 

Sedanın salonu da kiçik dəyişikliklərlə krossoverdən götürülübdür. Nissan Versa modelinin standart təchizatına açarsız giriş sistemi, çühərrikin işə salınmas düyməsi, dörd elektrik şüşəqaldıranı və Safety Shield 360 təhlükəsizlik sistemləri kompleksi daxil edilib. Sonuncu avtomatik əyləcləmə sistemini, zolağa nəzarət funksiyasını və avtomatik uzaq işıqları özündə cəmləyib.

Yeni modelin kütləvi debütü Nyu York avtosalonunda keçiriləcəkdir. Avtosalon çərçivəsində avtomobil haqqında ətraflı məlumat səsləndiriləcəkdir. Yeni Nissan Versa modelinin ABŞ-dakı satışlarına bu ilin yayında başlanmalıdır. Bir müddət sonra avtomobil digər bazarlarda da təklif ediləcəkdir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...