“Nissan” şirkətinin prezidenti qalmaqaldan sonra istefa verəcəyini bildirib

Date:

Paylaş:

Yaponiyanın “Nissan” avtomobil şirkətinin prezidenti Hiroto Saikawa, maliyyə fırıldaqları ilə əlaqədar olan qalmaqaldan sonra vəzifəsini tərk etmək niyyətində olduğunu bildirib.

Bu barədə Kyodo agentliyi məlumat verib.

Prezidentin istefaya getməsinin dəqiq tarixi açıqlanmayıb. Bloomberg-in verdiyi məlumata görə, o, varisini tapdıqdan dərhal sonra vəzifəsini tərk edəcəkdir.

Kyodo agentliyinə görə, bununla prezident şirkətin rəhbəri olduğu müddətdə bonusların alınmasına görə məsuliyyəti öz üzərinə götürmək istəyir. Buna baxmayaraq, “Nissan” rəhbəri sxemin təşkilatçısı olmadığını söyləyərək artıq məbləği korporasiyaya qaytaracağını bildirib. Bonus ödənişlərinin həcmi  korporasiyaların səhmlərinin dəyər göstəricilərinin hesablanması yolu ilə müəyyən edilmişdir. Bu sistem işçiləri şirkətin inkişafında və mənfəətini artırmaqda daha da həvəsli olması üçün təşkil olunmuşdur.

Xatırladaq ki, qalmaqal “Renault — Nissan — Mitsubishi” avtomobil alyansının rəhbəri olan Karlos Gosn ilə bağlıdır. O, ümumi dəyəri 80 milyon dollar olan maliyyə maxinasiyalarında ittiham olunub. Gosn özü bütün ittihamları rədd edir.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...