Yaponiyanın avtomobil istehsalçısı olan “Nissan” şirkətinin mühəndisi The Aigamo ödək-robot yaradıb. Qadget düyü əkininə kömək edir.
The Verge məlumat verir ki, Asiya fermerləri əsrlər boyunca ördəklərdən düyü sahələrindəki alaq otlarını təmizləmək üçün istifadə ediblər. Quşlar həmçinin həşəratları yeyirdilər. Müasir gerçəklikdə belə metodlar artıq köhnəlib. Lakin The Aigamo köhnə ənənəyə qayıda bilər.
Ördək-robot, canlı heyvandan daha çox balaca tozsoran-robotu xatırladır.Cihazın korpusunda iki göz var. Robotun ayaqları iki fırlanan burğu-vintdən ibarətdir. O torpağı əzir və alaq otlarına böyüməyə imkan vermir. Bununla yanaşı hər hərəkətində “pəncələr” suyu oksigenlə qidalandırırlar. Qadget-in çəkisi yarım kiloqramdır və məkan daxilində GPS köməyi ilə hərəkət edir.
Kütləvi istehsalı nəzərdə tutulmur. Həm də nə qədər ördək-robotun fermerlərin işini asanlaşdırması məlum deyil.