Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Nissan iş yerlərinin sayını azaldır

Nissan iş yerlərinin sayını azaldır

76
Paylaş

Yaponiyanın avtomobil istehsalçısı Nissan Motor Co. dünya üzrə iş yerlərinin 10 mindən çoxunu ixtisara salacaq. Bu barədə şirkətə istinadən Kyodo News xəbər verir.

Mayda şirkət 4,8 min iş yerinin ixtisara salınacağını bildirmişdi. Nissan-ın bütün dünya üzrə təxminən 139 min əməkdaşı var.

İş yerlərinin ixtisarı həm də bəzi əməkdaşların vaxtından əvvəl təqaüdə çıxması sayəsində olacaq. İxtisarlar barədə cümə axşamı günü bəyanat veriləcək. Həmin vaxt şirkət bu ilin aprel-iyun aylarına olan maliyyə nəticələrini dərc edəcək.

Nissan-ın gəlirliliyinin aşağı olduğu Cənubi Amerikada və digər ərazilərdəki bəzi zavodlarda iş yerlərinin sayı azaldılacaq, lakin şirkət Yaponiyada istehsalı optimallaşdırmağa cəhd edir.

2018-ci maliyyə ilində Nissan-ın dünya üzrə avtomobil satışları 4,4% azalaraq 5,52 milyon olub, bu göstərici ABŞ üzrə 9,3% olmaqla 1,44 milyon edib, Avropada isə 14,9% azalaraq 643 min olub.

Şirkətin xalis gəliri 2018-2019-cu maliyyə illərinin yekunu üzrə 2,3 dəfə enərək 319,1 milyard yuan olub.