Yaponiyanın avtomobil istehsalçısı Nissan Renault‑Nissan‑Mitsubishi avomobil alyansının keçmiş rəhbəri Karlos Qona qarşı 90 mln. dollarlıq məhkəmə iddiası qaldırıb.
İddia, Qonun vəzifə səlahiyyətlərindən istifadə etməklə törətdiyi qanun pozuntuları nəticəsində dəyən maddi ziyanın böyük bir hissəsinin əvəzinin ödənilməsi məqsədilə irəli sürülüb.
Dəymiş zərərin məbləği, keçmiş baş direktorun günahı üzündən Nissan şirkətinin çəkdiyi xərclər barədə məlumatlar əsasında hesablanıb.