Əsas səhifə Biznes sahələri Texnologiya Ninja Mixer-lə 6 illik müqaviləyə görə 932 milyon dollar əldə edəcək

Ninja Mixer-lə 6 illik müqaviləyə görə 932 milyon dollar əldə edəcək

85
Paylaş

Fortnite-də strimer və amerikan oyunçusu Tyler Ninja Blevins altı ilə ərzində Mixer-lə tərəfdaşlığa görə 932 milyon dollar qazancaq. Bu məlumatı ESPN jurnalistləri daxili mənbələrə istinadən dərc ediblər. Bu şərtlər bəzi insayder twitter-hesablarında və digər portallarda da qeyd edilir, lakin strimer özü və Mixer nümayəndələri onları təsdiqləməyiblər.

1 avqustda Ninja strim-xidmət olan Mixer-ə keçməsini elan edib. O, Microsoft şirkətinə aiddir. Əvvəllər Blevins demək olar ki, səkkiz il Twitch-də yayımlar edib, Fortnite-yə gəldikdən sonra isə platformanın ən məşhur və uğurlu strimerlərindən biri olur. 7 iyul tarixinə olan göstəriciyə görə,onun Twitch-dəki kanalının 14,5 milyon izləyicisi və 437 milyon baxış sayı olub.

Elandan bir neçə saat sonra Ninja kanalı Mixer-də 200 mindən çox abunə yığır. Ona avqustun sonuna kimi pulsuz abunəlik mümkündür – strimer yeni platformaya keçidi belə qeyd edib.