“Nikoil Bank”ın vəziyyəti məlum oldu

Date:

Paylaş:

“Nikoil Bank” ASC 2018-ci ilin maliyyə göstəricilərini açıqlayıb.

“Bizplus.az” “Marja.az”- ın  banka istinadən verdiyi xəbərə əsasən bildirir ki, bank ötən ili 135 milyon 200 min manat zərər ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, Bank 2017-ci ili 2 milyon 709 min manat zərər ilə bağlamışdı.

Zərərin yaranmasının səbəbi Bankın ötən il aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 172 milyon 156 min manat ayırmasıdır. Ehtiyatlar ehtimal olunan depozit və kredit itkiləri üçün yaradılır.

GƏLİRLƏRİ ARTIB VƏ XƏRCLƏRİNİ ARTIQLAMASI İLƏ ÜSTƏLƏYİB

Ehtiyatlara ayırmanı nəzərə almasaq “Nikoil Bank”ın əməliyyat fəaliyyəti mənfəətlidir. Belə ki, ötən il Bankın cəmi gəlirləri 75 milyon 825 min manat, cəmi xərcləri isə 38 milyon 870 min manat təşkil edib. Xərclərin gəlirlərdən çıxılması ilə Bankın 36 milyon 955 min manat əməliyyat mənfəəti yaranıb. Əməliyyat mənfəətinin hesabına 172 milyon 155 min manatlıq ayırma 135 milyon 200 min manat zərər ilə nəticələnib.

2017-ci ildə “Nikoil Bankı”ın cəmi gəlirləri 69 milyon 748 min manat, cəmi xərcləri 41 milyon 245 min manat, əməliyyat mənfəəti isə 28 milyon 503 min manat təşkil etmişdi. Beləliklə, ötən il 2017-ci illə müqayisədə Bankın gəlirləri və əməliyyat mənfəəti artıb. Həmçinin bank xərclərini azaltmağa nail olub.

Bankın faiz gəlirləri illik müqayisədə 66 milyon 682 min manatdan 68 milyon 137 min manata, qeyri-faiz gəlirləri isə 3 milyon 66 min manatdan 7 milyon 689 min manata qalxıb.

Böyük yığılmış zərərə (285 milyon 440 min manat) baxmayaraq, güclü nizamanmə kapitalı (348 milyon manat) sayəsində “Nikoil Bank”ın cəmi kapitalı 50 milyon manatdan aşağı düşməyib. Ötən ilin sonunda Bank 67 milyon 895 min manat məcmu kapitala malik olub.

31 Dekabr 2018-ci il tarixində “Nikoil Bank” ASC 417 milyon 40 min manat cəmi aktivlərə (o cümlədən 282 milyon 713 min manatı müştərilərə), 351 milyon 367 min manat cəmi öhdəliklərə və 65 milyon 673 min manat cəmi balans kapitalına malik olub.

31 Dekabr 2017-ci il tarixində “Nikoil Bank” ASC 437 milyon 330 min manat cəmi aktivlərə (o cümlədən 291 milyon 46 min manatı müştərilərə ), 362 milyon 364 min manat cəmi öhdəliklərə və 74 milyon 966  min manat cəmi balans kapitalına malik idi.

İllik müqayisədə Bankda depozitlər cüzi azalaraq 229 milyon 225 min manatdan 228 milyon 666 min manata düşüb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...