Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər “Nikoil Bank” dan YENİLİK

“Nikoil Bank” dan YENİLİK

277
Paylaş

“Bakı Fond Birjası” QSC-də (BFB) “Nikoil Bank” ASC-nin səhmlərinin alqı-satqısına dair əqd bağlanılıb.

Bizplus.az xəbər verir ki, “Report” BFB-yə istinadla bankın hər birinin nominal dəyəri 2 manat olan 26 mln. ədəd yeni səhminin realizə edilməsini nəzərdə tutulduğu barədə məlumat verib.

Son nəticədə “Nikoil Bank”ın nizamnamə kapitalı 8,8% artaraq 296 mln. manatdan 348 mln. manata yüksəlib.

Xatırladaq ki, “Nikoil Bank” 1994-cü ildən fəaliyyət göstərən “Ülpər” kommersiya bankının bazasında 2002-ci ildə yaradılıb. Bankın səhmdarları “Topaz Investments” QSC, Marina Kulişova və “ISR Holding” MMC-dir.