Əsas səhifə Biznes Biznes məqalələri “Nike”ın qurucusu Phil Knight və onun biznes qaydası:”Ürəkdən istə. Yıxılmaqdan qorxma”

“Nike”ın qurucusu Phil Knight və onun biznes qaydası:”Ürəkdən istə. Yıxılmaqdan qorxma”

259
Paylaş

“Nike” firmasının qurucusu Phil Knight amerikan xəyalının canlı təcəssümüdür. Qaçış həvəskarı olan Phil maşın baqajında yapon krossovkalarının satışı ilə fəaliyyətə başlayıb və dünyanın ən uğurlu və zəngin idman ayaqqabıları istehsalçılarından birinə çevrilib. Onun öz sərvəti 33,4 mlrd. dollar, “Nike” şirkətinin kapitalizasiyası isə 150 mlrd. dollara yaxındır. Knight xeyriyyəçiliklə də məşğuldur və milyardlarla dollar ianə edir. Bu əfsanəvi sahibkarın həyata, biznesə və idmana dair fikirləri və deyimləri də mövcuddur:

Niyyət, risklər və uğursuzluqlar haqqında

Həyat artım deməkdir. Sən ya irəli gedirsən ya da məhv olursan.

Ya tarix yarat ya da onun tərkib hissəsi ol.

Hədəfimiz nədir? Qələbə. Nəyin bahasına olursa olsun. Qələbəsiz həyat yoxdur.

Qalib gəlmək üçün deyil, məğlubiyyətdən qaçmaq üçün mübarizə apar.

Qoliaf olmaq pis deyil. Amma David kimi hərəkət etmək lazımdır. (David və Qoliaf qarşıdurması – zəifin qüvvətli üzərində qələbəsi. Qoliaflar (çox qüvvətlilər) ).

Risk etməkdən qorxmayın – istedadınızın itib-batmaması üçün.

Hamı ideyanıza qarşı çıxıb onun axmaq bir fikir olduğunu desə belə, dayanmayın və hərəkətə davam edin… Nə olursa olsun geri çəkilməyin. Dünya axmaq fikirlərdən yaranıb.

Məqsədlərinə çatana qədər dayanmağı düşünmə. Və bu məqsədin harada olduğu barədə də çox düşünmək lazım deyil.

Niyyətinizdən dönməyin.  Belə olan halda yorğunluğu aradan qaldırmaq daha asan olacaq, xəyal qırıqlığı hərəkət ocağına çeviləcək və heç vaxt çatmadığınız yüksəkliklərə çatacaqsınız.

Hər bir yorğunluğun və tükənmənin dərmanı var. Sadəcə səylə çalışmaq lazımdır.

Ürəkdən istə. Yıxılmaqdan qorxma. Dərhal hərəkətə keç.

İşdə və həyatda sülh və xaos arasında daimi mübarizə gedir. Heç biri tam olaraq qalib olmur, amma hər ikisi sizə təsir edə bilər. Uğura gedən yol bunun öhdəsindən necə gələcəyinizdən asılıdır.

Pozduğunuz qaydalarla yadda qalacaqsınız.

İnsana əminlik lazımdır. O, şəxsi kapital və likvidlikdən (aktivlərin pula çevrilməsi) daha vacibdir.

Kiçik uğursuzluqların sizi sarsıtmasına yol verməyin. Yeri gəlmişkən, demək olar ki, bütün uğursuzluqlar əhəmiyyətsiz olurlar.

Ümid etmişəm ki, uğursuz olsam, bu tez baş verəcək. Yəni, mənim əziyyətlə öyrəndiyim dərsləri tətbiq etməyə kifayət qədər vaxtım olacaq. Heç vaxt qarşıma məqsədlər qoymaqda elə də maraqlı olmamışam, amma məhz bu konkret məqsəd mənim əqidəmə çevrilənə qədər hər gün beynimdə dolaşdı: tez uğursuzluğa düçar ol.

Reklam, idman və naməlumluq haqqında

Mən Phil Knightam və reklama inanmıram.

Bizim üçün ən vacibi məhsulun bazarda təşviqatıdır. Nike – marketinqə yönəlmiş şirkətdir, məhsul isə bizim ən əsas marketinq alətimizdir.

Mesajınızı istehlakçılara çatdırana kimi nə qədər insanı incidəcəyiniz əhəmiyyətli deyil. Heç kimi incitmək istəməyənlərə həmişə deyirəm: bu gedişlə sizə hər hansısa mənalı reklam yaratmaq çox çətin olacaq.

İnsanlar dahi olimpiadaçıları idmançı hesab etməkdə yanılırlar. Hər kəs idmançı ola bilər. Bədəni olan hər kəs artıq bir idmançıdır.

İkidən çox insan qarşısında çıxış edəndə hələ də çox həyəcanlanıram.

İşləri necə görmələri barədə insanlara göstəriş verməyin. Onlara nə etməli olduqlarını deyin və onlar özləri sizi yaradıcılıq qabiliyyətləri ilə heyrətləndirəcəklər.

Hər kəsin həyatında keçmişin geridə qaldığı və irəlidə gələcək günlərin olduğu an gəlir. Bu məqamda siz naməlumluqlara doğru getmiş olursunuz. Geridə qalanlar artıq sizə məlum olan keçmişə çevrilir, gələn günlər isə irəliyə, naməlumluqlara doğru gedir. Hansı yolun doğru olduğunu deyə bilmərəm – amma hansının daha əyləncəli olduğunu dəqiq bilirəm.

Təcrübəsiz yenilərin beyni imkanlarla dolu olur. Çox bilənlərin beynində isə onların sayı azdır.

İnsana necə münasibət bəslədiyinizi bilmənin ən sadə və yeganə yolu  – onunla vidalaşmaq.

Biznes və şirkəti idarə etmək haqqında

Bütün işim ideyaları dinləmək və hərdən özüm də ideyalar düşünməkdən ibarətdir. Bundan başqa,  səhmdarlar və şirkət üçün xeyirlisinə əsaslanaraq qərarlar da qəbul edirəm.

Biz hər şeyin laboratoriyadan başladığını düşünməyə alışmışıq. Amma artıq başa düşürük ki, hər şey istehlakçıdan qaynaqlanır.

Rəqabət sənəti unutmaq bacarığından ibarətdir. Bu həqiqəti qaçış dəhlizində olanda öyrəndim. Öz imkanlar həddini, şübhələrini, ağrı-acılarını və keçmişini unutmalısan.

“Bu sadəcə bir biznesdir” deyə, düşünmüşəm. Amma belə olmur və heç vaxt da olmayacaq. Yox əgər nə vaxtsa “sadəcə biznes” olmuş olsa belə çox pis bir biznes olacaq.

Sahibkarları heç vaxt təslim olmamağa çağıranlar fırıldaqçılardır.  Hərdən o da lazımdır. Orijinallıq da elə nə zaman təslim olmağı bilib başqa nəyisə yoxlamağa başlamaqdadır. Amma bu dayanmaq demək deyil. Heç vaxt dayanmayın.

Ancaq problemləri görürsünüzsə – həqiqətən heç nə görə bilməyəcəksiniz.

Gərgin iş həlledici əhəmiyyət daşıyır. Komanda yaxşı olmalıdır, səbr və qətiyyət – dəyərsizdir, amma həlledici nəticə məhz qərardan asılıdır.