Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Nike tənha insanların hesabına gəlirini artırır

Nike tənha insanların hesabına gəlirini artırır

92

Morgan Stanley analitikləri deyirlər ki, 2030-cu ildə əmək qabiliyyətli tənha qadın və kişilərin sayı 45% artacaq. Bu, idman brendlərinə satışları artırmaq imkanı yaradacaq.

Morgan Stanley-in qiymətləndirməsinə görə, 11 ildən sonra əmək qabiliyyəti yaşında olan tənha qadınların sayı 2018-ci ilin 41%-lik göstəricisi ilə müqyisədə 45% artacaq.  Bu da iqtisadiyyata öz əsaslı təsirini göstərəcək, belə ki, ayrı-ayrı biznes sahələrində (geyim, ayaqqabı, şəxsi gigiyena vasitələri, retoranlar, lüks sinif avtomobillər və elektromobillər) gəlirlərin artımı müşahidə olunacaq. Bunu analitiklərin hesabatı göstərir. 

Nike, Lululemon və digər idman ayaqqabı və geyim markaları daha çox gəlir əldə edənlərdən olacaqlar. Analitiklər bildirirlər ki,tənha qadın və kişilər nigahda olanlara nisbətən daha çox idmanla məşğul olurlar. Onların məlumatına görə, hər həftə idmanla məşğul olmağa tənha kişilər təxminən səkkiz saat, tənha qadınlarsa 5 saatdan çox vaxt ayırırlar. Nigahda olanlar üçünsə bu göstərici müvafiq olaraq altı və dörd saatdan azdır.

“Tənha insanların sayının çox olması idmanla məşğul olanların sayının çox olması deməkdir: onlar tez-tez idman malları alır və tez-tez onları dəyişirlər” – Morgan Stanley analitikləri yazırlar.

Rəy bildir

Please enter your comment!
Please enter your name here