“Nike” şirkəti yeni Adapt Huarache krossovkalarını təqdim edib. Onun daşıyıcıları bağlarını “Apple Watch” və ya “Siri” səsli köməkçisinin vasitəsilə açıb-bağlaya bilərlər. CNBC qeyd edir ki, bu ayaqqabılar 1991-ci ildə Nike FitAdapt texnologiyasının dəstəyi ilə buraxılmış Nike Huarache modelinin yeni işlənmiş variantıdır.
Tətbiqdə bir neçə rejim aktiv etmək mümkündür – məsələn, idmanla məşğul olmaq üçün ipin daha sıx bağlanması. Həmçinin istifadəçilər ayaqqabı altlığına yerləşdirilmiş işıq indikatorlarının da rəngini təyin edə bilərlər.
Krossovkaların 2019-cu ilin sentyabrında SNKRS tətbiqində və bəzi Nike mağazalarında satışa çıxarılacağı gözlənilir. Qiyməti məlum deyil.
Özü bağlanan ayaqqabı bağları texnologiyası Nike-ın 2019-cu ilin əvvəllərində təqdim etdiyi Adapt BB krossovkalarında istifadə olunub. Onların ilkin qiymətləri 350 dollar olub.