“Nike” Amazonda öz mallarının satışından imtina etməyə hazırlaşır

Date:

Paylaş:

İdman mallarının istehsalçısı “Nike” öz məhsullarını Amazon onlayn mağazasında satışından imtina etməyə hazırlaşır.

Blommberg nəşri yazır ki, brendin nümayəndələri deyib ki, belə qərarın əsas səbəbi müştəri təcrübəsini yaxşılaşdırmaq və düz satışları yüksəltmək cəhdindən irəli gəlir.

Nəşr dəqiqləşdirir ki, “Nike” düz satışları isə şəxsi tətbiqi və saytı üzərindən etməyə fokuslanacaq. Buna baxmayaraq şirkət hələlik Amazon ilə əməkdaşlığı dayandırır. Onların əməkdaşlığı isə 2017-ci ildən başlamışdı.

Blommberg markanın bəyanatından sitat gətirərək yazır ki, şirkət bütün dünyada olan müştərilərinə daha yaxşı xidmət göstərmək üçün digər riteyler və platformalar ilə əməkdaşlığını davam etdirəcək və daha da möhkəmləndirəcək. Hazırda idman malları istehsalçısı 40-a yaxın platforma ilə partnyorluq edir.

Öz növbəsində, Retail Dive nəşri isə yazır ki, Wells Fargo analitikləri isə hesab edir ki, “Nike”-ın belə qərara gəlməsi təkcə düz satışları artırmaq istəyi ilə bağlı deyil. Şirkət, həmçinin öz saytı və platforması üzərindən də satışları yaxşılaşdırmaq istəyir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...