Əsas səhifə Biznes Nick Woodman milyard dollarlıq şirkəti necə yaratdı?

Nick Woodman milyard dollarlıq şirkəti necə yaratdı?

1176
Paylaş

GoPro yaradıcısı Nick Woodman milyard dollarlıq şirkəti necə yaratdığı haqqında danışıb.

Yutubda  blogerlərin ən vacib vasitələrindən biri olan GoPronun CEO-su Nick Woodman ümidlərini 2017-ci ilə bağladıqlarını bildirib.

Las Vegasdakı Elektronika sərgisində  Facebook vasitəsilə canlı yayımda danışan GoPro CEO-su Nick Woodman video kamera markası GoPro’nun yaranması ilə əlaqədar olaraq  çox ümidli bir başlanğıclarının olduğunu bildirib.

Nick Woodman və həyat yoldaşı GoPronu qurmaq üçün Kaliforniyada bir yük maşını ilə dəniz qabığından bijüteriya və qolbaqlar sataraq əvvəlcə 30 min dollar yığdıqlarını söyləyiblər.

Woodman valideynlərindən 235.000 dollar borc alaraq şirkətinin təməllərini atıb.

İlk olaraq 3 mm-lik su keçirməz bir kamera istehsal edən şirkət bu məhsulları onlayn alışveriş saytlarında  satmağa başlayıb. 10 il sonra açıq satışa çıxarılan GoPro hazırda 1700-dən çox işçiyə və bir neçə milyard dollarlıq dəyərə sahibdir. GoPro məhsulları ekstrem idmanlardan dronelara qədər bir çox sahədə istifadə edilir və müxtəlif YouTube kanallarından TV proqramlarına qədər də bir çox yerdə qarşımıza çıxır.

GoPro 2016-cı ilin sonlarında bir sıra istehsal problemlərindən qaynaqlı dəyər itgisi yaşasa da və Woodman milyarder ünvanını bir müddətlik itirmiş olsa da GoPro qurucusu şirkətin əsl dəyərinin çox daha yüksək olduğunu və 2017-də qazanclarının  artacağını söyləyir. Digər tərəfdən gələcək aylarda hərəkətli kamera sahəsində də rəqabətin daha çox artacağı görünür.

Woodman müvəffəqiyyətini əzm və cəsarətə bağlayır və sahibkarlara da eyni mübarizə ehtirasına sahib olmalarını, etdikləri işlərlə bağlı cəsur olmalarını tövsiyyə edir.

Hazırda Nick Woodmanın 2 milyard dollar sərvəti var.