Əsas səhifə Biznes sahələri Texnologiya Neuralink layihəsi gələcəkdə kompüteri düşüncə gücü ilə idarə etmək imkanını verəcək

Neuralink layihəsi gələcəkdə kompüteri düşüncə gücü ilə idarə etmək imkanını verəcək

36

    Neuralink layihəsi ilə əlaqəli olan alimlərdən ibarət qrup insan beyni üçün neyrointerfeys texnologiyası üzərində çalışır. Tədqiqatçılar siçanların beyin aktivliklərini izləmək üçün onlara xüsusi elektrodlar yeridiblər. Bu texnologiya gələcəkdə kompüteri düşüncə gücü ilə idarə etmək imkanını verəcək. Bu barədə Hightech.plus saytı xəbər verib. Amerikalı alimlərdən ibarət komanda Biorxiv.org saytında yeni beyin stimulyasiyası texnologiyası üzrə elmi iş barəsində qısa məlumat verib. Bu layihə üçün lazımi vəsaiti ABŞ-ın Müdafiə Nazirliyinin perspektiv tədqiqat layihələrinin idarəetmə şöbəsi (DARPA) təqdim edib. Layihə üçün ümumilikdıə 2.1 milyon dollar vəsait ayrılıb.

    Bloomberg saytı aşkar edib ki, bu layihənin hər 5 müəllifi Elon Musk tərəfindən 2016-cı ildə təsis edilmiş Neuralink adlı iddialı startapı ilə əlaqəlidir. Mütəxəssislərdən bir hissəsi həmin şirkətdə çalışır, bir hissəsi isə onunla qeyri-rəsmi əməkdaşlıq edir. Neuralink layihəsi neyron bağının yaradılması üzərində çalışır. Bu, insan beynini kompüterə qoşmaq imkanını verəcək innovasiyalı neyrointerfeysdir. Beləliklə Musk ümid edir ki, bu texnologiya insanlara süni zəka ilə rəqabət aparmaq imkanını verəcək. İlk mərhələdə bu şirkət neyrocərrahiyə sahəsi üçün neyroimplantların yaradılmasına öz diqqətini ayırır.

    Bu cür cihazlar beyin travmalarından sonra, epilepsiya və Parkinson xəstəliyi kimi neyrodegenerativ xəstəliklər zamanı xəstələrin səhhətlərini yaxşılaşdırmaq imkanını verəcək. Biorxiv saytının məlumatlar bazasında dərc olunmuş elmi işdə siçanların beyinlərinə yeridilmiş elektrodlar texnologiyası təsvir edilib. Alimlər bu sistemi tikiş maşınına oxşadırlar. Bu proses zamanı siçanın kəllə qutusu açılır və nazik, elastiki polimer elektrodların yeridilməsi üçün beynə xüsusi iynə vurulur. Cihazın ikinci elementi olan kiçik çap platası isə siçanın belinə quraşdırılır. Həmin kiçik çap platası siçan beyninin siqnallarını qəbul edir. Heyvanlardan birinin beynina 20-dən çox elektrod yeridilmiş və onun səhhəti 2 ay ərzində müşahidə olunmuşdur. Digər təcrübələr isə daha az mnüddət çəkib.

    Bəzi hallarda heyvanın belində yerləşmiş plata bir neçə həftədən sonra heyvan belindən düşürdü. Bəzi hallarda isə elektrodlar beyin toxumalarının zədələnməsinə səbəb olurdu. Minimal zədə və iltihab riski ilə beynə implantların yeridilməsi texnologiyası üzərində bir çox alim çalışır. Neuralink bu tədqiqatlara fikir bildirməkdən imtina edib. Buna görə də bunun, Neuralink-in keçirtdiyi gizli təcrübələr ilə əlaqəsinin olub-olmadığı bilinmir. Keçən ilin yaz fəslində jurnalistlər aşkar etmişdilər ki, Neuralink öz təcrübələrini meymunlar üzərində aparır. Keçən ilin sentyabr ayında isə Musk bildirmişdi ki, şirkət insan beynindən kompüterə məlumatların sürətli ötürülməsi sistemi üzərində çalışır. Həmin vaxtda o, yaxın aylar ərzində şirkətin ilk məhsulunu təqdim edəcəyinə söz vermişdi.

Rəy bildir

Please enter your comment!
Please enter your name here