24 yanvar 2020-ci il tarixində “Networking.Az”biznes klubu “Avenue Music Hall” restoranında növbəti tədbirini keçirib. Toplantıda 80 nəfər işyirak edib.
Bizplus.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan “Networking.Az”ın direktoru Orxan Hacıyev edərək qonaqları salamlayıb və tədbirin əhəmiyyətini vurğulayıb.
“Avenue” restoranının direktoru Sevda Nəcəfova isə belə gözəl tədbirə ev sahibliyi etməkdən məmnunluğunu ifadə edib.
Sonda isə Vergilər Nazirliyinin nümayəndəsi Quliyev Əvəz çıxış edərək sahibkarların suallarını cavablandırıb.
Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd sahibkarların biznes əlaqələrinin genişləndirilməsi, yeni əməkdaşlıqların yaradılması və biznes imkanlarının artırılmasıdır.