“Netflix” öz istifadəçi kütləsini itirir

Date:

Paylaş:

8 il ərzində ilk dəfə olaraq Netflix servisi ABŞ-da öz istifadəçi kütləsinin azalması barəsində xəbər verib. Bu ilin ikinci rübündə 130.000 istifadəçi bu servisdəki abunəliyini dayandırıb. Halbu ki, şirkət 300.000 yeni istifadəçinin cəlb olunacağını gözləyirdi. Bu barədə Macdigger saytı xəbər verib. Hətta servisin ən uurlu layihələrindən biri olan “Stranger Things” serialının üçüncü sezonunun təqdim olunması da bu vəziyyəti dəyişməyib.

Bütün dünya üzrə Netflix 2.5 milyon yeni istifadəçi qazanıb. Şirkət isə 5 milyon yeni istifadəçinin əldə olunmasını gözləyirdi. Servisin ümumi istifadəçi kütləsinin sayı isə 151.5 milyon insan təşkil edib. Servisin rəhbəri Reed Hastings bu cür göstəricilərin streaming servislər bazarındakı rəqabətin yüksəlməsi ilə əlaqəli olması fikrindən imtina edib.

Bir neçə müddət bundan öncə məlum oldu ki, Netflix ABŞ-da məşhur olan Friends və The Office kimi seriallardan məhrum olacaq. Reed Hastings-in fikrincə məsələ servisin yeni qiymət siyasətində və orijinal kontent azlığındadır.. Belə ki, servis öz abunəlik qiymətini bu ilin yanvar ayında yüksəltmişdi. Növbəti rübdə servis 7 milyon yeni istifadəçinin qoşulacağını gözləyir. Bundan əlavə olaraq servisin gəliri də 271 milyon dollara kimi düşüb. Bu xəbərin fonunda Netflix-in səhm qiymətləri 12% aşağı düşüb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...