Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Netflix”-in keçmiş kreativ direktoru pivə qablarındakı suya görə 2 milyon dollar qazanıb

“Netflix”-in keçmiş kreativ direktoru pivə qablarındakı suya görə 2 milyon dollar qazanıb

178
Paylaş

“Netflix”-in keçmiş direktoru və “Çox qəribə işlər”, “Narko”, “Kartlar evi” seriallarının təşviqi ilə məşğul olan  Mike Cessario “Maye ölüm” adlı qeyri-adi startapa imza atıb. Bu marka altında o, pivə qablarında qazsız dağ suyu istehsal etməyi planlayıb. “Maye ölüm”ün əsas auditoriyası kimi Cessario “straight edge” pankları adlandırıb. Onlar spirtli içki içməsələr və narkotik qəbul etməsələr də, “pank” həyat tərzinin ardıcılları hesab olunurlar. Bütün bünlar barədə Business İnsider yazır.

Bundan başqa, Mike, “Maye ölüm”ün ekoloji tərəfini də düşünüb və onları alüminium qablarda saxlanmasını düşünüb. Cessario həmçinin, qeyd edib ki, hər qabdan 0,05 dollar okeanı plastikdən təmizləməyə ayrılacaq. Bu qabların dəyəri 1,83 dollardır və yalnız onlayn yolla satılır.

Mike bu startapdan artıq 2,25 milyon dollar qazana bilib – onun investorları arasında  Twitter-in həmtəsisçisi Biz Stone xüsusən seçilir.